Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qaradağ” yatağında yeni quyu istismara verilib

Date: 6 January 2016 17:33

Bakı. Trend:

“Qaradağ” yatağındakı 485 nömrəli quyu qazmadan sonra istismara verilib. Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, məhsuldar qat çöküntülərinin VIII horizontuna qazılmış quyu 3200-3180 metr dərinlik intervalından hazırda sutkada orta hesabla 55 min kubmetr qaz hasilatı ilə işləyir. Quyuda istismar işləri “Azneft” İB-nin Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Qaradağ yatağında yeni quyu istismara verilib

RƏYLƏR


Top news