"Toy olmasa, necə dolanacağıq?" - əməkdar artist

"Toy olmasa, necə dolanacağıq?" -  əməkdar artist
17:36 6 Yanvar 2016
44 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Zöhrə Abdullayeva maddi imkansızlıqdan, toyların azlığından şikayətlənib.

Axşam.az-ın məlumatına görə, müğənni “Duz və istiot” verilişində ailədə kişinin işləməsinin vacibliyindən danışıb:

“Qadının işləməsi vacibdir. Amma evdə kişinin çalışması daha önəmlidir. Ev xanımı ver yeyim, ört yatım edir. Bizdə müğənnilərin hamısı zəhmətkeşdir. Biz xalqdan dolanırıq. Maaşımız yoxdur, toydan qazanırıq. Fikirləşirik ki, “sabah toy olmasa, necə dolanacağıq?”. Bu faciədir. Allah heç kimi həyat yoldaşısız etməsin. Ömrü boyu ər çörəyi yemək istəmişəm. Allah mənə cəmi 14 il ər çörəyi qismət etdi. Sonra dedi bəsindir, özün qazan, özün ye. Allahın bildiyi məsləhətdir, amma heç olmasa, mənə toy yetirsin də. Allah mənə ruzini “misqalla” verib. Əvəzində xalq sevgisi yetirib. Amma bunla da qarın doymur”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR