Sağlam qidalanmanın sirləri - Ekspertlər nə tövsiyə edir?

Sağlam qidalanmanın sirləri - Ekspertlər nə tövsiyə edir?
17:39 6 Yanvar 2016
27 Sosial
Ölkə mətbuatı
A- A+

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO (26 Aprel 2017 00:38)
73 yaşlı Nəbahat Çehrədən ÜZÜCÜ XƏBƏR (04 Aprel 2017 13:48)
Çox yaşamaq istəyirsinizsə... (01 Mart 2017 23:37)

Diyetoloq: “Orqanizmin çəkisinin hər kilosuna 30 qram su içmək lazımdır”

 

“Hər tərəvəzi öz mövsümündə yemək lazımdır”...

“Diabetli xəstələrin məhdudiyyətsiz yeyə biləcəyi yeganə qida tərəvəzlərdir”...

“Orqanizmin çəkisinin hər kilosuna 30 qram su içmək lazımdır”...

“Axşam meyvə yemək böyük səhvdir, axşam yeyilə meyvə yağa çevrilir”...

“Pomidor və kökdən başqa bütün tərəvəzləri çiy yeyin”...

“Pəhriz üçün olan ağartı məhsulları daha təhlükəlidir”...

“Düyü ilə əti bir yerdə yemək olmaz”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı həkim-diyetoloq Fuad Məcidov deyib.

 

Fuad Məcidov xəstəliklərin böyük əksəriyyətinin əsas səbəbinin düzgün  qidalanmamaq və düzgün həyat tərzi keçirməmək  olduğunu deyib: “Azərbaycan mətbəxi zəngindir, amma bu o demək deyil ki, biz süfrədə nə qədər yemək varsa hamısının dadına baxmalıyıq və ya hamısını yeməliyik. Məsləhət görərdim ki, bol nemət olan süfrələrdə yüngül yeməklə, yəni mədə-bağırsağı ağırlaşdırmayan yeməklərlə, tərəvəzli, göyərtisi bol qidalarla yeməyə başlasınlar, sonra artıq isti yeməklərə keçsinlər. Qış mövsümündə yetişən yay tərəvəzlərinin tərkibində GMO olur. Azərbaycanda yetişən, təbii, sağlam, qatqısız qidalardan istifadə etmək daha məqsədəuyğundur. Xüsusən də qış mövsümündə kələm, əsas da gül kələmini çiy və ya bişirilmiş şəkildə də, üzərinə bol sarımsaqlı qatıqla yemək faydalıdır. Bundan başqa brokkoli, kök, çuğundur, müxtəlif göyərtilər, xüsusilə də cəfəri, nanə, reyhan, yaşıl soğandan istifadə edin.  Bunlar təbii oksidantlardır, bağırsaqları təmizləyir”.

 

Qonaq diabet xəstələrinin düzgün qidalanması ilə bağlı da məsləhətlər verib: “Diabetli xəstələrin məhdudiyyətsiz yeyə biləcəyi yeganə qida tərəvəzlərdir. Burada çuğundur istisnadır, şəkərli diabet xəstələri ondan uzaq olmalıdır, çünki çuğundurun tərkibinin 70-80 faizi şəkərdir. Kobud lifli qidalara göyərtilər, noxud, lobya, kök, kələm  daxildir ki, bunlar həm də toxluq hissi yaradır, aclığı aradan qaldırır. Bədənimizdə pis və ya yaxşı xolesterollar var, kobud lifli qidalar bədənimizdəki yaxşı xolesterolun fəaliyyətini artırır və yağın qaraciyərə daşınmasının qarşısını alır. Normalda biz burunla nəfəs almalıyıq, amma bədəni toksinləşmiş insanlar burunla nəfəs ala bilmir. Tənəffüs problemi olan insanların metabolizm proseslərində də problemlər olur. Bu isə qanda şəkərin miqdarının yüksəlməsinə və insulin balansının pozulmasına səbəb olur”.

 

Həkim düzgün həyat tərzinin əsas qaydalarını açıqlayıb: “Gün ərzində 1 saat mütləq yerimək lazımdır. Gündəlik 2 l. adi su içmək mütləq vacibdir. Çünki suyun kalorisi yoxdur. Çayın, qəhvənin enerji dəyəri 2 kaloridir. Amma çayı və qəhvəni adətən şəkərsiz içmirik. Orqanizmin çəkisinin hər kilosuna 30 qram su içmək lazımdır. Meyvə sularında daha çox kalori var”.

 

Meyvələrin də karbohidrat olduğunu deyən Fuad Məcidov onlardan çox istifadənin zərərli olduğunu bildirib: “Meyvələrin tərkibində yağ, protein yoxdur. Axşam meyvə yemək ən böyük səhvdir. Əvvəla, meyvə desertdir, yeməkdən iki saat sonra bir ədəd meyvəni doğrayıb yemək olar. Artıq çəkidən qurtarmaq istəyənlərin yalnız meyvə yeməyi düzgün deyil. Bu zaman artıq karbohidratlar yağa çevriləcək və meyvə nəinki sizi arıqladacaq, əksinə, bir az da kökəldəcək. Meyvəni günün birinci yarısında yemək məsləhətdir, axşam saatlarında meyvə yeməyin. Çünki o saatda yeyilən meyvələr enerjiyə yox yağa çevrilir”.

 

Qonaq tərəvəzlərin necə hazırlanması ilə bağlı da məsləhət verib: “Tərəvəzləri çiy şəkildə yemək yaxşıdır, təkcə kök və pomidoru azca isidib yemək lazımdır. Çünki onların tərkibində olan maddələr və vitaminlər qızdırılarkən orqanizm tərəfindən daha rahat şəkildə qəbul olunur. Yağdan qorxmaq lazım deyil, yağ yağı yandırar. Amma bu, təbii, sağlam yağlara aiddir. Təbii kənd kərə yağından da istifadə etmək lazımdır. Yağı əritmək də düzgün deyil, bu, ancaq bizdə var. Çalışın, doymamış maye yağlardan, zeytun yağı, qarğıdalı yağından istifadə edin”.

 

Fuad Məcidov pəhriz üçün nəzərdə tutulan ağartı məhsullarının zərərli olduğunu bildirib: “Mağazalarda ağartı məhsulu alan zaman mütləq onun istehsal tarixinə baxmaq lazımdır. Bu məhsulların uzun müddət qalması üçün tərkibinə əlavə maddələr qatılır. Adi qatığın üzünü götürəndən sonra diyetik olur. Motal pendirindən insanlarımız qorxurlar, amma qorxmaq lazım deyil, duzluluğu çox ola bilər, buna diqqətli olaq, suda saxlayaraq, ya da suyun altında yumaqla yemək olar. 100 qram mayonezin 60 qramı yağdır, qalanı başqa maddələr. Məhsul pəhriz üçün olanda, 60 qramın yerinə başqa maddələr gəlir ki, bu, daha ziyanlıdır. Ona görə məsləhət görərdim ki, diyetik yox, normal süd və qatığıq alın, amma üzünü yeməyin. Xüsusən də qadınlar ağartı məhsullarından bol istifadə etməlidir ki, 40-45 yaşdan sonra osteoporoz, yəni sümüklərin əriməsi kimi tanınan xəstəlikdən əziyyət çəkməsinlər”.

 

Qonaq bayram süfrələrinin bəzəyi olan plovun da düzgün hazırlanma qaydasından danışıb: “Bayram süfrəsində az çeşidli yemək bişirməsinə çalışmaq lazımdır. Tərəvəzli yeməklərə üstünlük vermək faydalıdır. Plovu səbzəli bişirmək lazımdır, çünki düyü özü yüksək kalorili qidadır. Plovla əti bir yerdə yeməmək məsləhətdir. Ətdən istifadə etmək mütləq lazımdır. Qazlı, şirniyyatlı içkilər əvəzinə, sudan, zəncəfilli çaydan istifadə edin”. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanın iqtisadi nümayəndə heyəti Tümen vilayətinə səfər edəcək

23 May 2017 09:42

Bu gün dollar neçəyədir?

23 May 2017 09:41

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 May 2017 09:38

Manatın MƏZƏNNƏSİ

23 May 2017 09:37

Azərbaycan nefti 55 dollara yaxınlaşır

23 May 2017 09:37

"Milan"ın ilk transferi

23 May 2017 09:37

Azərbaycan Meksikada keçirilən festivalda təmsil olunub (FOTO)

23 May 2017 09:36

Cəbhədən xəbər var

23 May 2017 09:35

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (23.05.2017)

23 May 2017 09:32

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 115 dəfə pozub

23 May 2017 09:32

Qrizman etiraf etdi: 10 üzərindən 6 ehtimal...

23 May 2017 09:32

Azərbaycan, Gürcüstan, Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

23 May 2017 09:29

MN: Mövqelərimiz iriçaplı pulemyot və minaatanlardan 115 dəfə atəşə tutulub

23 May 2017 09:29

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 May 2017 09:29

Cəbhədə vəziyyət yenidən GƏRGİNLƏŞDİ

23 May 2017 09:28

Atəşkəs 115 dəfə pozulub

23 May 2017 09:24

Tanınmış aktrisaya ağır itki

23 May 2017 09:23

Əflatun Amaşov yazır: “Vüqar Rəhimzadə olmaq”

23 May 2017 09:22

"Yuventus" çempion oldu

23 May 2017 09:22

Qızıl bahalaşdı

23 May 2017 09:19

Bu günün TƏQVİMİ

23 May 2017 09:18

"Qalatasaray"ın "Mançester Siti"ni parçalamaq planı

23 May 2017 09:17

Kriştiano Ronaldonun sevgililəri - FOTOLAR

23 May 2017 09:17

Super Liqada şok: tarix yazan baş məşqçi istefa verir

23 May 2017 09:17

"Qəbələ"dən iki heç-heçə, "Milan" "Real"a qalib gəlib çempion oldu

23 May 2017 09:17

SKMF Ağdamda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

23 May 2017 09:12

Azərbaycan Beynəlxalq Bankı tender keçirir

23 May 2017 09:12

“Yuventus” Xuan üçün 20 milyon ödədi

23 May 2017 09:12

AzTA: Oyunlar dövründə qonaqların yerləşdirilməsi ilə bağlı problem olmayıb

23 May 2017 09:08

"Brent" nefti ucuzlaşdı

23 May 2017 09:08

Venesuelada etiraz aksiyaları: 2 ölü

23 May 2017 09:05

Marsda kassa aparatı tapılıb? - İDDİA

23 May 2017 09:05

Atatürkün öz hesabına İrandan aldığı torpaqların səbəbi - FAKTLAR

23 May 2017 09:03

Avropada konsert zamanı TERROR

23 May 2017 09:03

Müsavatın təşkilat sədrinin müavini partiya sıralarından istefa verib

23 May 2017 09:02

Azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun qəhrəmanlıq salnaməsi... (FOTO)

23 May 2017 09:01

Quterreş Ruhanini təbrik edib

23 May 2017 08:57

Ramazan bayramı namazı necə qılınır?

23 May 2017 08:57

Ariana Qrande konsertində baş verən partlayışa münasibət bildirib

23 May 2017 08:57

Planşet bazarı 13,7 faiz azalacaq

23 May 2017 08:52

Cəfəri və şiə məzhəbləri arasında fərq varmı?

23 May 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 May 2017 08:47

Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası keçiriləcək

23 May 2017 08:43

ABŞ Yəməndə "əl-Qaidə"yə qarşı reyd keçirib: 7 silahlı məhv edilib

23 May 2017 08:43

“Google” 2016-cı ilin ən yaxşı əlavələrini açıqladı

23 May 2017 08:42

Ayrılmaq istəməyən cütlüklər üçün ən ideal evlənmək vaxtı

23 May 2017 08:38

Türkiyə suriyalılara bütün ölkələrdən daha çox yardım edib

23 May 2017 08:37

Yetkinlik yaşına çatmağın əlamətləri hansılardır?

23 May 2017 08:37

Azərbaycanda nə qədər smartfon istifadə olunur? - DÜNYA REYTİNQİ

23 May 2017 08:32

Konte İngiltərənin ən yaxşısı seçildi

23 May 2017 08:28