Millimizin sabiq futbolçusu Almaniyada restoran açdı

Millimizin sabiq futbolçusu Almaniyada restoran açdı
17:42 6 Yanvar 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın sabiq futbolçusu Ali Gökdemir Almaniyada restoran açıb.


Fanat.az xəbər verir ki, o, doğulduğu və yaşadığı Şvebiş-Hall şəhərində açdığı bu restoranın maliyyə tərəflərinə baxır. Restoranı işlədən isə onun əmisidi.


Qeyd edək ki, Ali Gökdemir əvvəlcə 21 yaşadək millimizə, daha sonra Berti Foqtsun dönəmində - 2012-2015-ci illər ərzində əsas yığmamıza çağırılıb. O, yığmamızda oynadığı vaxt Almaniya Bundesliqası klubu "Hannover 96"nın əsas komandasına kimi yüksəlib. Hətta Bundesliqa matçında ehtiyatda qalmaqla bu baxımdan millimizin ilk üzvü kimi tarixə düşüb.


Daha sonra Türkiyənin "Elazığspor" və Zaqatalanın "Simurq" klubunda oynamış müdafiəçi sonuncu komandanın dağılmasından sonra Azərbaycanı tərk edərək Almaniyaya qayıdıb. O hazırda futbolda ilk addımlarını atdığı yarımhəvəskar "Şportfroynde" klubunda çıxış edir.(qaynar.info)


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-sabiq-futbolcusu-almaniyada-restoran-acd-t46603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR