Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyadan 120 min miqrant deportasiya edilib

Rusiyadan 120 min miqrant deportasiya edilib

Date: 6 January 2016 17:42

Son 4 ildə Rusiyadan 120 min nəfərə yaxın qanunsuz miqrant deportasiya edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Məhkəmə Pristavları Federal Xidmətinin nümayəndəsi Oksana Pulina bildirib.
 
O, 2015-ci ildə Rusiyadan deportasiya edilən qanunsuz miqrantların sayının ötən illə müqayisədə azaldığını söyləyib: "2014-cü ildə 35.100 nəfər qanunsuz miqrant deportasiya edildiyi halda, keçən il bu rəqəm 31 min 800 nəfər olub".
 
Qanunsuz miqrantların Rusiyadan deportasiya edilməsi ilə bağlı qanunun 2012-ci il, yanvarın 1-dən qüvvəyə mindiyini xatırladan Federal Xidmət nümayəndəsi 4 il ərzində 120 min nəfərə yaxın qanunsuz miqrantın ölkə ərazisindən çıxarıldığını qeyd edib.

Milli.Az


Tags:  Rusiyadan 120 min miqrant deportasiya edilib


RƏYLƏR


Top news