Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət hərbi cinayətdir" - XİN

"İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət hərbi cinayətdir" - XİN

Date: 6 January 2016 17:44

"Azərbaycan RespublikasınınDağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran şəxslər və ya şirkətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsif oluna bilər”.

 

Bunu xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyəti ilə əlaqədar APA-nın sorğusunu cavablandıranXarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

H. Hacıyev bildirib ki, korporativ sosial məsuliyyət və biznes etik qaydalarını da pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslər Ermənistanın Azərbaycana qarşı işğalı, etnik təmizləmənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlının öz torpaqlarına geri qayıda bilməməsi və onların mülkiyyət hüququ da daxil olmaqla, bütün digər fundamental hüquqlarının pozulmasının davam etməsinə xidmət edirlər.

 

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə bağlı Baş Prokurorluqtərəfindən İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesinlə bağlı cinayət işi başlanıb. Eyni zamanda Rusiya Federasiyasının vətəndaşı Qerman Sterliqovun da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti ilə əlaqədar cinayət işi açılıb və zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

 

“Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət əməlləri hökumətlərarası birgə komissiyaların da gündəliyinə salınır və müvafiq dövlətlər qarşısında bu məsələ qaldırılır. Beynəlxalq hüquqa əsasən, üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidir. Görülmüş tədbirlər və məlumatlandırma işinin artırılması nəticəsində bir çox hüquqi şəxsin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısı alınıb. Azərbaycan Respublikası tərəfindən işğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək”, - deyə H. Hacıyev əlavə edib.

 

Qeyd edək ki, bu gün Ermənistan KİV-də qondarma rejimin "iqtisadiyyat naziri" Andranik Xaçatryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağərazisində xarici şirkətlərin iştirakı ilə 160-dan artıq müəssisənin qeydiyyatda olduğu barədə məlumat verib. 

 

 


Tags:  İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət hərbi cinayətdir XİN

RƏYLƏR


Top news