Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Məhəbbətlə zarafat etmirlər”

“Məhəbbətlə zarafat etmirlər”

Date: 6 January 2016 17:56

Yanvarın 10-da S.Vurğun adına Dövlət Rus Dram Teatrı maraqlı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrdan Axşam.az-a bildirilib ki, P. Kalderonun lirik komediya janrında qələmə aldığı “Məhəbbətlə zarafat etmirlər” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovdur.

Tamaşada əsas rolları əməkdar artist Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Yeganə Hüseynli və başqaları ifa edəcəklər.

Qeyd edək ki, teatrda tamaşanın premyerası 2014-ci il mayın 3-də baş tutub.


Tags:  Məhəbbətlə zarafat etmirlər

RƏYLƏR


Top news