Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Belarus XİN: beynəlxalq problemlərin həllinin davamlı mexanizmləri yaradılmayıb

Belarus XİN: beynəlxalq problemlərin həllinin davamlı mexanizmləri yaradılmayıb

Date: 6 January 2016 17:58


Minsk, 6 yanvar, AZƏRTAC
Dünyada ağrılı bir proses – çoxqütblü dünya formalaşması prosesi davam edir. Bu səbəbdən beynəlxalq münasibətlərdə yüksək turbulentlik müşahidə olunur.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bu fikirlər 2015-ci ildə Belarusun xarici siyasətinin və Belarus XİN-in fəaliyyətinin yekunları barədə Belarus xarici siyasət idarəsinin saytında dərc edilmiş icmalda əksini tapıb.
Belarus XİN-in sənədində deyilir: “Dövlətlərarası münasibətlərdə etimadın xeyli azalması, kompromisə hazır olmamaq və birtərəfli üstünlük qazanmaq məntiqi hələlik aktual beynəlxalq problemlərin həlli üçün davamlı mexanizmlər yaratmağa imkan verməyib”.
İcmalda qeyd edilir ki, dünyanın aparıcı aktorları qarşılıqlı faydalı əməkdaşlığın, müasir dövrün get-gedə kəskinləşməkdə olan təhdid və təhlükələrinə qarşı mübarizədə birgə səylərin ziyanına olaraq öz təsir dairələrini qoruyub saxlamağa və genişləndirməyə çalışırlar.
Bu fonda Belarus diplomatiyası dövlət başçısının göstərişlərini rəhbər tutaraq əsas səylərini milli maraqların hərtərəfli və səmərəli qorunmasına, regional təhlükəsizliyin möhkəmlənməsinə real töhfə verilməsinin təmin edilməsinə, müxtəlif dövlətlərlə və dövlətlərarası birliklərlə Belarusun qarşılıqlı faydalı əlaqələrinin inkişaf etdirilməsinə əngəl törədən sanksiya məhdudiyyətlərinin aradan qaldırılmasına yönəldib.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Tags:  Belarus XİN beynəlxalq problemlərin həllinin davamlı mexanizmləri yaradılmayıb



RƏYLƏR


Top news