Dünya liderlərinin ağladıqları anlar (FOTO)

Dünya liderlərinin ağladıqları anlar (FOTO)
18:01 6 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama ölkəsində silahlı hücumlar zamanı həyatını itirən uşaqlar haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

Həmin an ABŞ liderinin rəsmi saytında yerləşdirilən videoda da öz əksini tapıb.

Obama odlu silahlarla törədilmiş cinayətlərin qarşısının alınması məqsədi ilə silah satışına nəzarətin gücləndirilməsi ilə bağlı bir sıra yeni qərarlarını açıqlayıb. Obama ABŞ-da "Sandy Hook" məktəbinə silahlı hücumda həyatını itirən uşaqlara bağlı danışarkən ağlayıb.

Obamanın ağlaması dünya liderlərinin də göz yaşları tökdükləri anları gündəmə gətirib.

ANS PRESS dünya liderlərinin ağladığı həmin anları təqdim edir:

İran İslam Respublikasının keşmiş prezidenti Mahmud Əhmədinejat 2012-ci ilin fevral ayında 1979-cu il inqilabının ildönümü münasibəti ilə təşkil edilən İslam İnqilabı lideri Xomeyninin məzarını ziyarət edərkən göz yaşlarını saxlaya bilməyib. Əhmədiejadın ağlaması Xomeyninin nəvəsi Həsən Xomeyniyə də təsir edib, H. Xomeyni də Ə. Nejadla birgə ağlayıb.


Həsən Xomeyni soldan 3-cü, Əhməd Nejad soldan 4-cü

Bundan başqa İran lideri Venesuela prezident Ugo Çavesin cenazəsində də gözyaşlarına hakim ola bilməmişdi.


Ə. Nəjat U. Çavesin tabutu başında ağlayır

2000-2008-ci illər arasında Amerika Birləşmiş Ştatlarının prezidenti olan Corc Buşun adının verildiyi kitabxana və muzeyin açılış mərasimində dünyanın bir çox yerlərindən məhşur siyasətçilər qatılıb. Mərasimin sonunda kürsüyə çıxan Corc Buş ölkəsi üçün yaxşı günlərin gələcəyinə inandığını demiş və həmin an göz yaşlarını saxlaya bilməmişdi.


Keçmiş ABŞ prezidenti Corc Buşun ağladığı an

2010-cu ildə qızı evlənən keçmiş ABŞ prezidenti Bill Klinton da qızının toy mərasimində ağlayıb. Həmin vaxt Klintonla qızı Çelsea, “The Way You Look” mahnısının sədaları altında rəqs edirmiş. Rəqsin əsnasında Klintonun gözləri dolub. Onun göz yaşlarını toy mərasimi baş tutan qızı silib.


Keçmiş ABŞ prezidenti Bil Klintonun ağladığı an

Fələstinli ailəni ziyarət edərkən bir atanın, qızının cansız bədəni qarşısında oturub ağladığını görən Türkiyə baş naziri Əhməd Davudoğlu da atanın ağlamasına dayana bilməmiş və o da, ağlamışdı.


Türkiyənin baş naziri Əhməd Davudoğlunun ağladığı an

2012-ci ildə İsrailin Qəzzanı bombalamasından sonra yaralanan fələstinlilərin yerləşdirildiyi xəstəxananı ziyarət edən Davudoğlu orada da göz yaşlarını saxlaya bilməmişdi.


Əhməd Davudoğlu xəstələri ziyarət edərkən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın anası vəfat edərkən Fatih məscidində meyitlə vida mərasimi təşkil edilib. Erdoğan məscid imamının onun anası üçün əhalidən halallıq istəməsi zamanı özünü saxlaya bilməmiş və ağlamışdı.


Ərdoğanın anası ilə vida mərasimində ağladığı an

Albaniyanın paytaxtı Tiranada açılan "Kaleiçi" məscidinin açılışında şagirdlər tərəfindən "biz səsi batırılanlarıq" adlı şeir oxunub. Elə bu zaman Rəcəb Tayyip Ərdoğan və həyat yoldaşı göz yaşlarına hakim ola bilməyiblər.


Ərdoğanın şeirdən təsirlənib ağladığı an

Türkiyənin keçmiş prezidenti Abdullah Gül Yəməndə Türk şəhidləri üçün ucaldılan abidənin açılışında iştirak edib. Mərasimində oxunan mahnı hər kəsi hüznləndirib. A. Gül isə göz yaşlarını saxlaya bilməyib.


A. Gülün ağladığı an

Kral Abdullah və həyat yoldaşı Rania Abdullah keçən il mart ayında Mustafa Kamal Atatürkün qəbrini ziyarət edib. Atatürkün məzarının qarşısında duran kral ağlayıb.


Kral Abdullahın ağladığı an

"Avro 2012"-nin yarım finalinda Almaniya futbol yığma komandası İtaliya ilə qarşılaşmada 2-1 məğlub olaraq finaldan kənarda qalıb. Oyunu stadionda canlı izləyən Almaniya kansleri Angela Merkel oyunun sonunda ağlayıb.


Angela Merkelin ağladığı an

Rusiya prezidenti Vladimir Putin 2012-ci ildə prezident seçkilərində qalib gəldikdən sonra hisslərinə sahib ola bilməmiş və ağlamışdı.




Putinin ağladığı an

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR