“Yanıb külə dönəcəkdik, canımızı götürüb qaçdıq” - REPORTAJ

“Yanıb külə dönəcəkdik, canımızı götürüb qaçdıq” - REPORTAJ
18:04 6 Yanvar 2016
35 Sosial
Ölkə mətbuatı
A- A+

Onlar həyatlarında ikinci dəfə qışın şaxtasında evsiz-eşiksiz qaldılar. İlk dəfə 1992-ci  fevralın 26-da. İkinci dəfə dünən, yanvarın 5-də.

 

Söhbət Buzovnadakı “Çiçək” düşərgəsində yerləşdirilmiş məcburi köçkünlərdən gedir. Düşərgənin əsas sakinləri Xocalıdan olanlardır.

 

Evin damına bitişik elektrik dirəyində qısa qapanma olub. Dünən səhər saatlarında qəfil baş vermiş yanğın iki ailəni küçədə qoyub. Tam 25 il əvvəlki kimi. Ancaq üst geyimlərində yanğından canlarını qurtaran sakinlər iki gündür yanvarın soyuğunda evlərindən olublar.

 

 

Yanğın səhər 8-ə işləmiş başlayıb. İlham Quliyevin sözlərinə görə, yuxudan qonşuların qışqırığına oyanıblar.

 

- Qonşuların səsinə oyandım ki, evi tüstü bürüyüb. 3 otaqlı evdə anam, 2 bacım və mən qalırdım. Anamın 80 yaşı var. Əvvəl onu çıxartdım, sonra bacılarımı. Çölə çıxdıq, bir göz qırpımında evin damında başlamış alov bütün evi bürüdü. Motoru vurduq ki, bəlkə yanğını söndürə bildik. Mümkün olmadı. Heç 10 dəqiqə çəkmədi ki, ev əşyaları ilə birgə  külə döndü.

 

 

İ. Quliyevin 44 yaşı var. Əslən Xankəndinin Kərkicahan qəsəbəsindəndilər. Qardaşı Quliyev İslam Ağdərə döyüşlərində şəhid olub. Ailə 92-ci ildən burada yaşayırlar. Bakıya gələndə onun 19 yaşı olub. Nişanlıdır. Bu yaxınlarda toyunu edəcəkmiş. Bu günə qədər yığıb topladığı pullar isə gələcək arzuları ilə birgə dünənki yanğında külə dönüb.

 

 

Bu gün toy həvəsində deyil. Öhdəliyində olan yaşlı anası və bacılarını düşünməlidir. Bacıları və özü soyuğu bir təhər ötürsələr də, ahıl anası Quliyeva Fənar çətin qışı küçədə keçirə bilə.

 

 

Yanğında zərər görmüş digər ailə isə Rzayevlərdir. Rzayeva Validə, qızı, oğlu, gəlini və 2 azyaşlı nəvəsiylə 25 ildi bu evdə yaşayırdılar. Ancaq üst geyimləri geyinib, evdən canlarını götürüb çıxıblar. Bu gecəni ailə küçədə keçirib. Bundan sonra nə olacaq, necə olacaq, heç özləri də bilmirlər. Yanğın baş verəndən bəri bir neçə rəsmi qurumdan gəlib-gedən olsa da, onlara konkret bir söz deyilməyib. Xocalı rayon İcra Hakimiyyətindən onlara Goranboya köçməyi təklif etsələr də, sakinlər imtina ediblər. 25 ildir Buzovnada bir təhər özlərinə gün-güzəran etmiş sakinlər isə rayonlara getmək istəmirlər. Bu istəklərini onlar iş və uşaqların məktəbi ilə əlaqələndirirlər.

 

 

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun sözlərinə görə, hazırda komitənin balansında boş mənzil yoxdu: “Xocalı və Xəzər rayonlarının İcra Hakimiyyətlərinin əməkdaşları ilə müzakirələr aparılır. Komitə əməkdaşları da hadisə yerinə olub, evləri yanmış sakinlərlə görüşüblər. Regionlardakı qəsəbələrimizdə hazır mənzillər var. Biz həmin sakinlərə o mənzillərdən təklif edirik”.

 

 

- Müvəqqəti sığınacaqla təmin olunacaqlar?

 

 

- Bu haqda heç nə deyə bilmərəm.

 

 

 

Görünən budur ki, ikisi azyaşlı olmaqla 10 adam bu gecəni də soyuqda-düşərgənin həyətində qurduqları çadırda gecələyəcəklər. Bu, nə qədər davam edəcək? Allaha qalıb.

 

 

 

 















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hindistanda qatarın 6 vaqonu relsdən çıxıb

19 Avqust 2017 21:13

"Qol buraxmamaq, heç-heçə etmək istəyirdik" - Samir Əliyev

19 Avqust 2017 21:07

Qatar relsdən çıxdı: 20 ölü, 150 yaralı

19 Avqust 2017 21:04

Azərbaycanlı gənclərdən MÖHTƏŞƏM İXTİRA - yeni təyyarə - VİDEO

19 Avqust 2017 21:03

Türkiyədə güclü partlayış

19 Avqust 2017 20:58

"Problemimiz psixologiya ilə bağlıdı" - Elxan Abdullayev

19 Avqust 2017 20:47

"Mançester Yunayted" rəqibini 4 qolla məğlub etdi

19 Avqust 2017 20:45

Bu il sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan uşaqların sayı açıqlanıb

19 Avqust 2017 20:42

Türkmənistanda spirtli içkilərin satışı qadağan edildi

19 Avqust 2017 20:33

İspaniyada “erməni soyqırımı” iddiaçısı olan türk yazıçı tutuldu

19 Avqust 2017 20:29

Hindistanda qatar reysdən çıxdı - ölanlərin sayı 20-ə çatdı

19 Avqust 2017 20:28

Sürücünü tapança ilə hədələyən şəxslə bağlı

19 Avqust 2017 20:19

Tanınmış müğənninin sevgilisi 3 aylıq hamilədir - FOTOLAR

19 Avqust 2017 20:18

Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib

19 Avqust 2017 20:17

"Neftçi"nin baş məşqçisini istefaya səslədilər

19 Avqust 2017 20:17

Sızanaqları yox edən təbii maskalar

19 Avqust 2017 20:08

Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ, İrəvan üçün qaçılmaz SONLUQ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

19 Avqust 2017 20:03

Güclü külək festival çadırını uçurdu

19 Avqust 2017 19:52

Atmosferi çirkləndirən sürücülər cərimələndi

19 Avqust 2017 19:49

Təcavüz olunan müğənni 250 milyon izləyicisi ilə vidalaşmadan ayrıldı

19 Avqust 2017 19:48

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb, 7 nəfər xəsarət alıb

19 Avqust 2017 19:47

Sabaha olan hava proqnozu

19 Avqust 2017 19:36

Çox yaşamaq istəyənlərin nəzərinə

19 Avqust 2017 19:33

Heç kimin buraxılmadığı sirli şəhər

19 Avqust 2017 19:28

Rusiya paytaxtının köçürülməsi TƏKLİFİ

19 Avqust 2017 19:23

İspaniyanın daxili işlər naziri: “İki terror aktı törədən dəstə zərərsizləşdirilib”

19 Avqust 2017 19:22

Ağdaşda “Chevrolet” su kanalına düşdü - Sürücü həyatını itridi

19 Avqust 2017 19:08

Bu oteldə qalanlar hər an ölə bilər

19 Avqust 2017 19:08

Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını aldılar

19 Avqust 2017 18:59

Müəllimlərin əmək haqları artırılacaq

19 Avqust 2017 18:56

Əfsanəvi dizaynerin HİKMƏTLİ FİKİRLƏRİ: “Əsl alicənablıq nankorluğu bağışlamaq bacarığıdır”

19 Avqust 2017 18:48

Renat Dadaşov dubl etdi, "Ayntraxt" qələbə qazandı

19 Avqust 2017 18:47

Ata və 2 oğlunu güllələdi

19 Avqust 2017 18:47

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib

19 Avqust 2017 18:42

“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: ölən var

19 Avqust 2017 18:39

Ağdaşda “Chevrolet” su kanalına düşdü

19 Avqust 2017 18:35

Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu

19 Avqust 2017 18:33

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib

19 Avqust 2017 18:32

İŞİD Surqutdakı hücumu öz üzərinə götürüb

19 Avqust 2017 18:24

İdeal plov hazırlamaq üçün ölkənin baş kulinarından A-dan Z-yə hər şey

19 Avqust 2017 18:23

Tarkanın vəfat etmiş atası...

19 Avqust 2017 18:15

2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

19 Avqust 2017 18:13

Zəncəfilin möcüzəvi faydaları

19 Avqust 2017 18:02

Məşhur futbol klubu verdiyi sözü tutdu

19 Avqust 2017 17:58

Dmitri Nazarov: "Daha yaxşı nəticələrimiz irəlidədir"

19 Avqust 2017 17:57

9 nəfəri ildırım vurdu

19 Avqust 2017 17:55

Prezident Samuxda yeni yolun açılışını etdi

19 Avqust 2017 17:54

Vizit kartını iki əllə təqdim et, başına toxunma, bərkdən danış - QƏRİBƏ ADƏTLƏR

19 Avqust 2017 17:53

İŞİD Surqutdakı hücumun məsuliyyətini üzərinə götürüb

19 Avqust 2017 17:42

Türkiyədə dövlət xəstəxanasında rəzalət

19 Avqust 2017 17:39