Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran casusları həbs edildi

İran casusları həbs edildi

Date: 6 January 2016 18:05

Bəhreyndə İrana və Livan "Hizbullah"ına bağlı olan gizli terrorçu şəbəkənin üzvləri tutulub.

Report.az TASS-a istinadən xəbər verir ki, bu haqda Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin şəbəkə krallıq ərazisində İranın xüsusi xidmət orqanları və Livan "Hizbullah"ının tapşırığına uyğun olaraq fəaliyyət göstərirmiş. Onlar Bəhreyndə silahlı qruplaşmalar hazırlayaraq, partlayışlar törətməyi planlaşdırıb.

Xəbərdə bildirilib ki, iranlı casuslar şəbəkəsinə ƏliMəhəmməd Fəxraui adlı əkiz qardaşlar başçılıq edirmiş.

Məlumata görə, şəbəkəyə daxil olan 6 nəfərin hamısı tutulsa da, onların başçılarından biri İranda gizlənir.


Tags:  İran casuslari hebs



RƏYLƏR


Top news