Prezident İlham Əliyev Yardımlı Rayon İcra Hakimiyyətinə 1,4 milyon manat ayırıb

Prezident İlham Əliyev Yardımlı Rayon İcra Hakimiyyətinə 1,4 milyon manat ayırıb
18:17 6 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev “Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə 1,4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/prezident-i-lham-eliyev-yardimli-icra-hakimiyyetine-1-4-milyon-manat-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR