"Rəsmi statistik rəqəmlər əsassız təhrif edilir" - Gömrük Komitəsi

"Rəsmi statistik rəqəmlər əsassız təhrif edilir" - Gömrük Komitəsi
18:24 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi: "Heç bir problem yaşanmayıb" (26 May 2017 18:57)
DGK VAİS-lə bağlı məlumat yaydı (26 May 2017 18:38)
Dövlət Gömrük Komitəsi: Heç bir problem yaşanmayıb (26 May 2017 18:29)

 Dövlət Gömrük Komitəsi (DGK) bəzi KİV-də komitənin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində ölkə ərazisinə gətirilən malların gömrük rəsmiləşdirilməsi prosedurlarına dair səslənən fikirlərə münasibət bildirib.

 

DGK-nın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın regionda siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı və xarici siyasətdə açıq və çevik fəaliyyəti digər ölkələrlə ikitərəfli  münasibətlərin güclənməsinə müsbət təsir göstərir: "Azərbaycanın artan iqtisadi qüdrəti əksər dünya ölkələrinin, eyni zamanda beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Ölkəmizin xarici ölkələrlə ikitərəfli münasibətlərinin inkişafında idxal-ixrac əməliyyatları mühüm rol oynayır. Bu ölkələrarası münasibətlərin, xarici-iqtisadi əlaqələrin genişlənməsində böyük əhəmiyyət kəsb edir. Lakin son bir ildə qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, dünya enerjidaşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra ölkələrdə iqtisadi artımın zəifləməsi, neftin bir barelin qiymətinin 3 dəfədən çox aşağı düşməsi əksər dünya ölkələrinin milli valyutasının devalvasiyasına gətirib çıxarıb".

 

Məlumatda deyilir ki, bu baxımdan neft istehsalçısı olan Azərbaycanda da neftin qiymətinin aşağı düşməsi fonunda son bir il ərzində milli valyuta 2 dəfə devalvasiyaya məruz qalıb, Mərkəzi Bank 2015-ci ilin dekabrın sonunda isə üzən məzənnə rejiminə keçidlə bağlı qərar verib: “Bu proses ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə gətirilən malların qiymətinə də öz təsirini göstərir. Son zamanlar bəzi KİV-də verilən şərhlərin heç bir əsası yoxdur. Qeyd etmək lazımdır ki, son on üç ildə respublikamızda makroiqtisadi sabitlik təmin olunub, inzibati prosedurlar sadələşdirilib, şəffaf mexanizmlər tətbiq olunur, “Elektron Hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülür. Dövlət Gömrük Komitəsində 1 yanvar 2009-cu il tarixindən ölkə başçısının müvafiq sərəncamına əsasən “bir pəncərə” sistemi tətbiq olunmaqla idxal mallarının sərhəd gömrük keçid məntəqələrində qeydiyyat prosesi 2 saatdan 20-25 dəqiqəyə enib, gömrük ödənişlərinin kredit kartı və yaxud banklar vasitəsi lə alınması təmin olunub. Bir sıra KİV-də müxtəlif adda idxal və ixrac olunan malların dəyər və qiymətləri barədə həqiqəti əks etdirməyən əsassız fikirlər, gömrük statistikası ilə əlaqədar məzmunsuz şərhlər və təhlillər verilir. Və yalnız şəxsi ambisiyalara varmaqla, heç bir əsas olmadan rəsmi statistik rəqəmlər təhrif olunur", - deyə məlumatda bildirilir.

 

Qeyd etmək lazımdır ki, ölkə ərazisinə idxal olunan malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Bəzi mətbu orqanlarda əsassız, heç bir rəsmi mənbəyə istinad olunmayan məlumatlar əsas gətirilərək son 6 il (2008-2013-cü illər) ərzində 15 ölkədən (Almaniya, Belarus, Çin, Macarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, Böyük Britaniya, Koreya, İran, İsrail, Fransa) Azərbaycana 21,58 milyard həcmində idxal olunan malların statistik uçotdan yayınması kimi göstərilməsi faktı tam yanlış və əsassızdır. Digər tərəfdən büdcənin bu illər ərzində itkisi də cəfəngiyatdan başqa bir şey deyil. Çünki müəllif özünəməxsus qaydada yanlış hesablamaları aparmaqla ictimaiyyətə səhv məlumatlar çatdırmağa çalışıb. Bununla yanaşı bu insanlar düşünməlidirlər ki, artıq 2016-cı ildə yaşayırıq və dünya iqtisadiyyatında gedən proseslər operativliyi ilə ötən illərlə müqayisədə fərqlənir.

 

“Bu gün qüvvədə olan qanunvericilik aktlarına görə ölkə ərazisinə idxal olunan mallara əmtəə kodundan asılı olaraq 0, 0.5, 1, 3, 5, 10, və 15 faiz dərəcəsində idxal rüsumu tətbiq olunur və malın dəyərinə görə isə 18 faiz əlavə dəyər vergisi tətbiq olunur, eyni zamanda aksizli mallara isə Vergi Məcəlləsinə əsasən aksiz tətbiq olunur. Nəticədə alınan gömrük ödənişləri büdcənin gəlirlər hissəsini formalaşdırır. Qeyd etmək lazımdır ki, ölkənin milli iqtisadi təhlükəsizliyini qorumaq məqsədilə xarici ölkələrdən idxal olunan malların dəyəri dünya bazar qiymətindən qat-qat yuxarı hədlə ölçülə bilməz, eyni zamanda daxili bazarın qorunması üçün malın gömrük dəyərini daha aşağı dəyərləndirmək qəbul olunmazdır. Birinci halda daha doğrusu, yüksək qiymətlə mallar dəyərləndirilərsə əsassız olaraq ölkədən daha çox valyuta axınına yol açıla bilər. İkinci halda ölkə daxilində istehsal olunan eyni adlı məhsulların bazarda rəqabətədavamlılığını tənzimləmək mümkün olmayacaq.

 

Bu baxımdan, tərəfimizdən aparılan təhlillər göstərir ki, heç bir təhrifə yol verilmədən, 2008-2013-cü və sonrakı 2014-2015-ci illər ərzində ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi və gömrük statistikası qanuna uyğun aparılmış, idxal mallarına gömrük rüsumları düzgün tətbiq olunaraq, şəxslərdən alınan gömrük ödənişləri tam dövlət büdcəsinə köçürülmüşdür. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Dövlət büdcəsi haqqında” qanunu ilə hər il Dövlət Gömrük Komitəsi üçün proqnozlaşdırılan büdcə öhdəliyi artıqlaması ilə yerinə yetirilib”, deyə məlumatda deyilir.

 

DGK-nın yaydığı məlumatda həmçinin deyilir ki, kütləvi informasiya vasitələrində “hər il üçün idxalın həcminin orta hesabla 3.6, 4.9 milyard dollar az göstərilməsi” fikri çox təəssüf olsun ki, yanlış qeyd olunub. Bu gün hər bir şəxs Dövlət Gömrük Komitəsinin internet portalına daxil olmaqla gömrük orqanları tərəfindən idxal mallarına tətbiq olunan gömrük vergi və rüsumlarına görə toplanan aylıq, rüblük, illik gömrük ödənişlərinin məbləği və dövlət büdcəsinə köçürülməsi ilə tanış ola bilər. Bu baxımdan qeyd etmək lazımdır ki, 2008-2013-cü illər ərzində Komitə tərəfindən 1.1-1.38 milyard manat civarında hər il böyük artımla büdcə öhdəliyi yerinə yetirilib. Bu göstərici 2014-cü ildə 1,51 milyard manat olub, 2015-ci il üçün isə 1 milyard 590 milyon manat həcmində proqnozlaşdırılmaqla, faktiki olaraq 1 milyard 591 milyon manat məbləğində yerinə yetirilib. Təkcə bir rəsmi statistik göstəricini diqqətə çatdırırıq. 1992-ci ildə xarici iqtisadi fəaliyyətdən, hətta həyətyanı sahələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının belə ixrac rüsumlarına cəlb olunduğu bir dönəmdə, dövlət büdcəsinə cəmi 900 min ABŞ dollarından aşağı məbləğdə vəsait köçürülüb. Xalq o dövrün fəaliyyəti ilə tam məlumatlıdır”.

 

Həmçinin vurğulanır ki, dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi-tədqiqat işləri aparılır, amma vahid praktiki beynəlxalq tövsiyyələr bu vaxta qədər tərtib olunmayıb: “BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində qeyd olunduğu kimi ayrı-ayrı ölkələr üzrə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Buna baxmayaraq Dövlət Gömrük Komitəsibir ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələr ilə birlikdə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir və araşdırır. Ümumiyyətlə, məlumat üçün bildiririk ki, Azərbaycan xarici ticarətinin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır”.

 

Məlumatda eyni zamanda qeyd edilir ki, mövcud maliyyə-iqtisadi böhran şəraitində ölkədə fəaliyyət göstərən yerli istehsalçıların mənafelərinin qorunması, ixracın stimullaşdırılması əsas şərtlərdən biridir: “Bu baxımdan xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə idxal olunan malların gömrük dəyərləndirilməsi düzgün həyata keçirilməlidir ki, istehlak bazarında eyni adlı malların rəqabətliliyi təmin olunsun. Ölkədə yerli məhsulların istehsalının stimullaşdırılması ilə istehlak bazarında məhsul bolluğunu təmin etməklə, insanların alıcılıq fəaliyyətini yüksəltmək mümkündür. Bu baxımdan da ölkədən xarici valyutanın aparılması prosesi azala bilər. Digər tərəfdən bu gün ölkədə inhisarçılıq aradan qalxıb. Mövcud statistikaya nəzər yetirsək qeyd etmək olar ki, bütün mal mövqeləri üzrə ölkə ərazisinə idxalı minlərlə təsərrüfat subyektləri həyata keçirir. Eyni adlı mallar ölkə ərazisinə 10, 15, 20, 30, 35 adda müxtəlif hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən gətirilir. Məsələn: kərə yağını 15-20 adda, smetan məhsulunu 20-30 adda, düyünü 10-18 adda, taxılı 10-12 adda, armaturu 20 adda, taxtanı 22 adda, məişət əşyalarını 15 adda və sair ölkə ərazisinə hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gətirir. Bəzi şərhçilər brokerlərlə əlaqədar müəyyən fikirlər səsləndirirlər. BMT-nin İnkişaf Proqramları çərçivəsində Avropa İttifaqının Maliyyə dəstəyi ilə beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan Gömrük Məcəlləsində institut olaraq gömrük təmsilçiliyi, gömrük brokeri və səlahiyyətli iqtisadi operator fəaliyyəti nəzərdə tutulub. Xatırladaq ki, beynəlxalq norma və standartlara uyğun olaraq, gömrük brokerlərinin vəzifəsi xarici iqtisadi fəaliyyət iştirakçılarına xidmət göstərməkdir. Bununla yanaşı, hər hansı xarici iqtisadi fəaliyyət iştirakçısı birbaşa olaraq da ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinə müraciət edə bilərlər”, deyə məlumatda qeyd edilir.

 
 
 

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tramp SÖZ VERDİ

28 May 2017 07:03

Türkiyədə güclü zəlzələ baş verib

28 May 2017 06:37

Qocalığa meydan oxuyan Monika - FOTO

28 May 2017 06:32

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

28 May 2017 06:27

"Barselona" baş məşqçini əlidolu yola saldı - VİDEO

28 May 2017 06:13

Mərakeşdə 20 nəfər saxlanılıb - milli təhlükəsizlik səbəbindən

28 May 2017 06:01

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub

28 May 2017 05:37

Ecazkar Karen və kürən tülkülər - FOTO

28 May 2017 05:32

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42