Rusiyaya qeyri-qanuni yolla yük maşınında küllü-miqdarda pul vəsaiti keçirməyə çalışan azərbaycanlı saxlanılıb.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Dağıstan prokurorluğu K.Əliyevə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib.
Məlum olub ki, ötən ilin sentyabrında Azərbaycandan Rusiyaya keçməyə çalışan həmyerlimiz yük avtomobilində “Taqirkent-Kazmalyar” keçid məntəqəsindən qanunsuz yolla 424 min ABŞ dolları və 4,5 milyon rubl keçirməyə cəhd edib.