DGK: Daxili bazarı qorumaq üçün malın gömrük dəyərini daha aşağı dəyərləndirmək qəbulolunmazdır

DGK: Daxili bazarı qorumaq üçün malın gömrük dəyərini daha aşağı dəyərləndirmək qəbulolunmazdır
18:28 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Daxili bazarın qorunması üçün malın gömrük dəyərini daha aşağı dəyərləndirmək qəbulolunmazdır. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) daxil olan məlumatda deyilir.

Qeyd olunur ki, dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi tədqiqat işləri aparılır, amma vahid praktiki beynəlxalq tövsiyələr bu vaxta qədər tərtib olunmayıb: "BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində qeyd olunduğu kimi, ayrı-ayrı ölkələr üzrə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Buna baxmayaraq, Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda, onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələrlə birlikdə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir və araşdırır. Ümumiyyətlə, Azərbaycan xarici ticarətinin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır.

Eyni zamanda qeyd etmək lazımdır ki, mövcud maliyyə-iqtisadi böhran şəraitində ölkədə fəaliyyət göstərən yerli istehsalçıların mənafelərinin qorunması, ixracın stimullaşdırılması əsas şərtlərdən biridir. Bu baxımdan xarici iqtisadi faəliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə idxal olunan malların gömrük dəyərləndirilməsi düzgün həyata keçirilməlidir ki, istehlak bazarında eyni adlı malların rəqabətliliyi təmin olunsun. Ölkədə yerli məhsulların istehsalının stimullaşdırılması ilə istehlak bazarında məhsul bolluğunu təmin etməklə, insanların alıcılıq fəaliyyətini yüksəltmək mümkündür. Və bu baxımdan da ölkədən xarici valyutanın aparılması prosesi azala bilər. Digər tərəfdən, bu gün ölkədə inhisarçılıq aradan qalxıb. Mövcud statistikaya nəzər yetirsək, qeyd etmək olar ki, bütün mal mövqeləri üzrə ölkə ərazisinə idxalı minlərlə təsərrüfat subyektləri həyata keçirir. Eyni adlı mallar ölkə ərazisinə 10, 15, 20, 30, 35 adda müxtəlif hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən gətirilir. Məsələn: kərə yağını 15-20 adda, smetan məhsulunu 20-30 adda, düyünü 10-18 adda, taxılı 10-12 adda, armaturu 20 adda, taxtanı 22 adda, məişət əşyalarını 15 adda və sairəni ölkə ərazisinə hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gətirir".

DGK-nın məlumatında bildirilir ki, BMT-nin İnkişaf Proqramları çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan Azərbaycan Respublikasının Gömrük Məcəlləsində institut olaraq gömrük təmsilçiliyi, gömrük brokeri və səlahiyyətli iqtisadi operator fəaliyyəti nəzərdə tutulub: "Xatırladaq ki, beynəlxalq norma və standartlara uyğun olaraq, gömrük brokerlərinin vəzifəsi xarici iqtisadi fəaliyyət iştirakçılarına xidmət göstərməkdir. Bununla yanaşı, hər hansı xarici iqtisadi fəaliyyət iştirakçısı birbaşa olaraq da ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinə müraciət edə bilərlər. Bu gün qüvvədə olan qanunvericilik aktlarına görə ölkə ərazisinə idxal olunan mallara əmtəə kodundan asılı olaraq 0, 0.5, 1, 3, 5, 10, və 15 faiz dərəcəsində idxal rüsumu tətbiq olunur və malın dəyərinə görə isə 18 faiz əlavə dəyər vergisi tətbiq olunur, eyni zamanda aksizli mallara isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aksiz tətbiq olunur. Nəticədə alınan gömrük ödənişləri büdcənin gəlirlər hissəsini formalaşdırır.

Ölkənin milli iqtisadi təhlükəsizliyini qorumaq məqsədilə xarici ölkələrdən idxal olunan malların dəyəri dünya bazar qiymətindən qat-qat yuxarı hədlə ölçülə bilməz, eyni zamanda daxili bazarın qorunması üçün malın gömrük dəyərini daha aşağı dəyərləndirmək qəbul olunmazdır. Birinci halda daha doğrusu, yüksək qiymətlə mallar dəyərləndirilərsə əsassız olaraq ölkədən daha çox valyuta axınına yol açıla bilər. İkinci halda ölkə daxilində istehsal olunan eyni adlı məhsulların bazarda rəqabətədavamlılığını tənzimləmək mümkün olmayacaq. Qeyd etmək lazımdır ki, son on üç ildə respublikamızda makroiqtisadi sabitlik təmin olunmuş, inzibati prosedurlar sadələşdirilib, şəffaf mexanizmlər tətbiq olunur, “Elektron Hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülür".

Bildirilir ki, Azərbaycan Dövlət Gömrük Komitəsində 1 yanvar 2009-cu il tarixindən ölkə başçısının müvafiq sərəncamına əsasən “bir pəncərə” sistemi tətbiq olunmaqla idxal mallarının sərhəd gömrük keçid məntəqələrində qeydiyyat prosesi 2 saatdan 20-25 dəqiqəyə enib, gömrük ödənişlərinin kredit kartı və yaxud banklar vasitəsilə alınması təmin olunub: "Qeyd etmək lazımdır ki, ölkə ərazisinə idxal olunan malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir.

2008-2013-cü illər ərzində Komitə tərəfindən 1.1-1.38 milyard manat civarında hər il böyük artımla büdcə öhdəliyi yerinə yetirilib. Bu göstərici 2014-cü ildə 1,51 milyard manat olub, 2015-ci il üçün isə 1 milyard 590 milyon manat həcmində proqnozlaşdırılmaqla, faktiki olaraq 1 milyard 591 milyon manat məbləğində yerinə yetirilib. Təkçə bir rəsmi statistik göstəricini diqqətə çatdırırıq. 1992-ci ildə xarici iqtisadi fəaliyyətdən, hətta həyətyanı sahələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının belə ixrac rüsumlarına cəlb olunduğu bir dönəmdə, dövlət büdcəsinə cəmi 900 min ABŞ dollarından aşağı məbləğdə vəsait köçürülüb".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çiçək açan krossovkalar - FOTO

26 İyul 2017 02:32

"Opel” və VAZ toqquşdu: 1 ölü, 2 yaralı

26 İyul 2017 02:24

Hamiləlik dövründə cinsi əlaqə

26 İyul 2017 02:10

Frandsada vağzalda 150-dən çox mühacir tutuldu

26 İyul 2017 02:09

Bakıda qadını maşın vuraraq ağır yaralayıb

26 İyul 2017 01:37

ŞƏMKİRDƏ DƏHŞƏT: Ana iki övladı ilə birgə özünü qatarın altına atdı

26 İyul 2017 01:34

Şəhər mərkəzində orta əsr qülləsi - FOTO

26 İyul 2017 01:32

Bakıda 6 otaqlı evdə yanğın

26 İyul 2017 01:26

Bakıda qadın evində tanışı tərəfindən bıçaqlanıb

26 İyul 2017 01:17

Çavuşoğlu: ““Amnesty"-nin Türkiyə üzrə rəhbəri FETÖ üzvüdür”

26 İyul 2017 01:14

Həbsxanadan qaçan erməni yazıçı: “2 il plan qurdum, ancaq heç biri...”

26 İyul 2017 01:03

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

26 İyul 2017 01:02

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47

“Fərəc” duası şeytanı niyə əsəbiləşdirir?

25 İyul 2017 23:47

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:42

Zoofiliya və sadomiya nədir?

25 İyul 2017 23:42

"Başqa cür oynaya bilməzdik"

25 İyul 2017 23:38

"Oyunumuzda mütləq dəyişiklik olacaq" - Qurban Qurbanov

25 İyul 2017 23:37

“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov

25 İyul 2017 23:37

Kürdəmirdə 7 otaqlı ev, 20 ton ot və “QAZ” kül oldu

25 İyul 2017 23:34

İran və Rusiyanı bir araya gətirən CİDDİ SƏBƏB

25 İyul 2017 23:33

Braziliyalı gözəl okean sahilində - FOTO

25 İyul 2017 23:32

Xidmətçinin ruhu kameraya düşdü - VİDEO

25 İyul 2017 23:32

"Başqa cür oynaya bilməzdik" - "Şerif"in baş məşqçisi

25 İyul 2017 23:27

"Yunanıstana miqrant axını 99 faiz azalıb" - Çavuşoğlu

25 İyul 2017 23:27

İmicinizi dəyişmək istəyirsiniz?

25 İyul 2017 23:24

“Bundan da yaxşısını bacararıq” – “Şerif”in baş məşqçisi

25 İyul 2017 23:22

Kann vağzalında 156 mühacir saxlanıldı

25 İyul 2017 23:22

Qara turp və balın faydaları

25 İyul 2017 23:22

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

25 İyul 2017 23:22

Mingəçevir sakini 89 növ dərman içib ölmək istədi

25 İyul 2017 23:22

İmam Cəfər Sadiq niyə xilafəti ələ keçirmədi?

25 İyul 2017 23:17

Baş katib "Qarabağ"ın fan-şopundan nə aldı? - FOTO

25 İyul 2017 23:17

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?

25 İyul 2017 23:12

Sarımsaq yağının faydaları

25 İyul 2017 23:12

Sosial şəbəkələrdən telefon alanlar

25 İyul 2017 23:10

“Qarabağ” “Şerif”lə bacarmadı

25 İyul 2017 23:09