Pakistan Şri-Lankaya 8 ədəd "JF-17 Thunder" döyüş təyyarəsi satacaq

Pakistan Şri-Lankaya 8 ədəd "JF-17 Thunder" döyüş təyyarəsi satacaq
18:28 6 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Şri-Lanka Pakistandan 8 ədəd çoxfunksiyalı "JF-17 Thunder" döyüş təyyarəsi almağa hazırlaşır.
AZƏRTAC trthaber.com saytına istinadla bildirir ki, Pakistan mətbuatında yer alan xəbərlərə görə, bu ölkənin Baş naziri Navaz Şərifin Şri-Lankaya səfəri zamanı iki ölkə arasında döyüş təyyarəsi satışı barədə razılığa gəlinib. Sözügedən müqavilədə Pakistanın Şri-Lankaya ilk dəfə döyüş təyyarəsi satması nəzərdə tutulur.
Baş nazir N.Şərifin səfər çərçivəsində, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, elm və texnologiyanın inkişaf etdirilməsi və terrorizmlə mübarizə məsələlərində də müqavilələr imzalandığı bildirilir.
Pakistan Aeronautical Complex (PAC) və Çinin Chengdu Aircraft Corporation (CAC) şirkətlərinin birgə istehsalı olan yüngül, tək mühərrikli, çoxfunksiyalı döyüş təyyarəsi olan "JF-17 Thunder" hava kəşfində, quru hücumunda istifadə edilir.
Qeyd edək ki, bu model ötən il "Paris Air Show"da nümayiş olunmuşdu.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistan_Sri_Lankaya_8_eded__quotJF_17_Thunder_quot_doyus_teyyaresi_satacaq-916492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR