Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

14 nardaranlı yanvarın 15-dək azad ediləcək

14 nardaranlı yanvarın 15-dək azad ediləcək

Date: 6 January 2016 18:47

Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 14 nardaranlı saxlanılır.

Milli.az xəbər verir ki, bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

Onun sözlərinə görə, saxlanılan nardaranlılar 15 və 30 sutkalıq inzibati qaydada həbs-qətimkan tədbiri seçilmişdi.

Saxlanılanların vaxtı bitdikcə azadlığa buraxılırlar: "Bildiyim qədər, sabah bir neçə nəfərin 30 sutkalıq inzibati qaydada həbs müddəti bitdiyindən azadlığa çıxacaq. Hazırda 14 nəfər nardaranlı müvəqqəti saxlanma məntəqəsindədir. Onların da yanvarın 15-nə qədər azad olunacağı gözlənilir".


Tags:  nardaranlilar azad edilecek

RƏYLƏR


Top news