XİN: Bir çox hüquqi şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısı alınıb

XİN: Bir çox hüquqi şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısı alınıb
18:58 6 Yanvar 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Çexiyanın Azərbaycandakı səfiri XİN-nə çağırılacaq (23 İyun 2017 15:38)
Hikmət Hacıyev: "Çexiya səfiri XİN-ə çağırılacaq" (23 İyun 2017 15:27)
Çexiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılacaq (23 İyun 2017 15:17)

Bakı. Trend:

Ermənistan Azərbaycana qarşı müharibəyə başlamağa, gücdən istifadə edərək ölkəmizin ərazilərini işğal etməyə, işğal olunmuş ərazilərdə kütləvi miqyasda etnik təmizləmə və digər ağır cinayətlər törətməyə görə məsuliyyət daşıyır. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət məsələsini şərh edərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərində Ermənistan tərəfindən özünə tabe qondarma rejim yaradılıb: "Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında həlli üzrə aparılan danışıqlara baxmayaraq, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xaricdən insanların gətirilməsi ilə süni məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların mənşəyini dəyişdirməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verməməsi bir daha ona dəlalət edir ki, Ermənistanın məqsədi işğal olunmuş torpaqların ilhaq edilməsidir".

Onun sözlərinə görə, beynəlxalq hüquqa görə gücdən istifadə edərək, ərazi əldə edilməsi və ya dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir: "Beynəlxalq hüququn imperativ normalarının kobud şəkildə pozulması nəticəsində yaranmış vəziyyət heç bir halda qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyə malik yeganə dövlətdir. Hər hansı digər hərbi işğal kimi, Ermənistanın da Azərbaycan ərazilərini işğalı müvəqqəti xarakter daşıyır".

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran şəxslər və ya şirkətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar: "Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsif oluna bilər. Korporativ sosial məsuliyyət və biznes etik qaydalarını da pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslər Ermənistanın Azərbaycana qarşı işğalı, etnik təmizləmənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlının öz torpaqlarına geri qayıda bilməməsi və onların mülkiyyət hüququ da daxil olmaqla, bütün digər fundamental hüquqlarının pozulmasının davam etməsinə xidmət edirlər".

H.Hacıyev əlavə edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə bağlı Baş Prokurorluq tərəfindən İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin bağlı cinayət işi açılıb: "Eyni zamanda Rusiya Federasiyasının vətəndaşı Qerman Sterliqovun da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti ilə əlaqədar cinayət işi açılıb və zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət əməlləri hökumətlərarası birgə komissiyaların da gündəliyinə salınır və müvafiq dövlətlər qarşısında bu məsələ qaldırılır".

XİN-in mətbuat katibi deyib ki, beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidirlər: "Görülmüş tədbirlər və məlumatlandırma işinin artırılması nəticəsində bir çox hüquqi şəxslərin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısı alınıb. Azərbaycan Respublikası tərəfindən işğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Manatla bağlı VACİB XƏBƏR

29 İyun 2017 15:09

Maykl Ceksonun ölümündən əvvəl yazdığı məktublar tapılıb

29 İyun 2017 15:07

Millimizin üzvü ölkə prezidenti ilə görüşdü

29 İyun 2017 15:07

Mosul şəhəri azad edildi

29 İyun 2017 15:05

Bakıda zəhərdən qorunmaq üçün maraqlı təşəbbüs - FOTO

29 İyun 2017 15:05

Uşaqlar üçün mövsümün son tamaşası “Çipollino” oldu - FOTO

29 İyun 2017 15:05

"Kasperski"nin qadağan olunması tələb edilir

29 İyun 2017 15:05

89-cu mövsüm "Yarımçıq qalmış"la yekunlaşdı

29 İyun 2017 15:05

Xəzərdə batan modelin meyiti tapıldı

29 İyun 2017 15:03

Mosul İŞİD-dən tamamilə təmizləndi - SON MƏLUMAT

29 İyun 2017 15:03

Telefonunuz ləng işləyir?

29 İyun 2017 15:03

Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib

29 İyun 2017 15:02

Şimon Lankri: "...şəxsən mənə çox təsir etdi"

29 İyun 2017 14:59

Dərslik qalmaqalında ÜÇÜNCÜ TƏRƏF: bütün BİABIRÇILIĞIN ÜSTÜ AÇILDI

29 İyun 2017 14:53

Ən məşhur DJ yaxtada səyahətə çıxdı - FOTO

29 İyun 2017 14:52

Gənc Tamaşaçılar Teatrında “Çipollino” tamaşasının premyerası olub

29 İyun 2017 14:52

İrem Derici sevgilisindən ayrıldı

29 İyun 2017 14:52

Botoks təsiri yaradan banan maskası

29 İyun 2017 14:50

Günay İbrahimli sevgilisindən danışdı: "Çox qısqancdır"

29 İyun 2017 14:49

Dünyanın ən gözəl qadınları formada qalmaq üçün bunları edir

29 İyun 2017 14:48

iPhone-la çəkilən ən yaxşı FOTOlar seçildi

29 İyun 2017 14:47

ATV kanalı əhaliyə o şirkəti məsləhət gördü - VİDEO

29 İyun 2017 14:44

SOCAR-ın xəsarət alan əməkdaşlarından XƏBƏR VAR

29 İyun 2017 14:42

İraqın Müdafiə Nazirliyi: "Mosul İŞİD-dən tamamilə azad edilib"

29 İyun 2017 14:42

Madrid klubu "Barselona"nın təklifini rədd etdi

29 İyun 2017 14:42

Rusiya hərbiçiləri Türkiyə sərhədindən çəkilir - FOTOLAR

29 İyun 2017 14:38

Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO

29 İyun 2017 14:37

Çexiya XİN erməni mətbuatının iddialarını təkzib edib

29 İyun 2017 14:37

Dollar bahalaşmağa başladı

29 İyun 2017 14:37

“Galaxy Note 7 FE” smartfonunun nə vaxt təqdim ediləcəyi bəlli olub

29 İyun 2017 14:35

Pərvin Abıyeva çimərlik geyimində - FOTO

29 İyun 2017 14:34

Ramil Usubovdan yeni rəis TƏYİNATI

29 İyun 2017 14:33

Rusiya və Çindən ABŞ-a qarşı BİRGƏ PLAN

29 İyun 2017 14:33

"İnter" Medeli Türkiyə klubuna satır

29 İyun 2017 14:32

“AtaBank” uşaq evinin balaca sakinlərini sevindirib

29 İyun 2017 14:32

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı 70 ölkəyə yayımlanacaq

29 İyun 2017 14:32

Azərbaycanlı deputatlar AŞPA-nı Ermənistanın dövlət terroru siyasətinə qarşı ciddi mübarizə aparmağa çağırıblar

29 İyun 2017 14:27

Türkiyə vətəndaşının Azərbaycandan qanunsuz yolla 30 min dollar çıxarmasının qarşısı alınıb

29 İyun 2017 14:27

Azərbaycan xalçaları Bolqarıstanda sərgiləndi - FOTO

29 İyun 2017 14:23

Bu görüntülər az öncə gəldi (18+)

29 İyun 2017 14:23

Sabiq Səudiyyə vəliəhdinin saraydan çıxışına qadağa qoyuldu

29 İyun 2017 14:22

30 iyun rəsmi olaraq "Sevgililər günü" kimi qeyd olunsun

29 İyun 2017 14:22

Qadın bədəni haqda kişilərin bilmədiyi 15 VACİB ELEMENT: yataqda...

29 İyun 2017 14:18

Bakıda çempion qızın ölüm anı - VİDEO 18+

29 İyun 2017 14:17

Sibiri dolaşıb yerlilərin FOTOlarını çəkdi

29 İyun 2017 14:17

DİQQƏT: Azərbaycan bu terrorçuları axtarır

29 İyun 2017 14:17

Zakir Qaralov Lənkəranda vətəndaşları qəbul edib

29 İyun 2017 14:12

Ləğv prosesində olan "Yunayted Kredit Bank" "MilliÖN" ödəmə sisteminə qoşuldu

29 İyun 2017 14:12

Qaxda narkotik bitkilər becərən ata, oğul və qızı tutulub

29 İyun 2017 14:12

"Muğam axşamları" layihəsinin növbəti təqdimatı keçirildi - FOTO

29 İyun 2017 14:12