Lənkəranda 20-yə yaxın ev qəzalı vəziyyətə düşüb

Lənkəranda 20-yə yaxın ev qəzalı vəziyyətə düşüb
19:05 6 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ilin oktyabr ayında cənub bölgəsinə yağan intensiv yağışlar bir neçə yaşayış məntəqəsində sürüşmə ərazilərinin aktivləşməsinə səbəb olub.

APA-nın məlumatına görə, torpaq sürüşməsi nəticəsində Lənkəran rayonunun Dağlıq Bəliton kəndində 20-yə yaxın fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.

Əksər evlərin divarlarında dərin çatlar əmələ gəlib.

Kənd sakini Əfqan Heydərova məxsus fərdi ev yaşayış üçün xüsusilə təhlükəli sayıldığından onun ailəsi müvəqqəti olaraq çadıra köçürülüb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Bəliton ərazi vahidliyi üzrə nümayəndəsi Ağayar Yusifov APA-ya bildirib ki, mövcud vəziyyət barədə müvafiq qurumlara müraciət olunub. Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri kənddə qəzalı evlərə baxış keçirərək, müvafiq akt tərtib ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR