Zaqatalada müharibə əlilləri və şəhid ailələri üçün 21 fərdi ev tikilir

19:08 6 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 6 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatala rayonunda bu kateqoriyadan olan şəxslər üçün 21 fərdi ev tikilir.
Bu barədə AZƏRTAC-a Zaqatala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Nəsrulla Həsrətov məlumat verib.
Mərkəzin direktorunun bildirdiyinə görə, bu evlərin tikintisi Prezident İlham Əliyevin 2014-cü il iyunun 20-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir.
Fərdi evlərdən 9-u Zaqatala şəhərində, 12-si isə rayonun kəndlərində inşa edilir. Bu evlərin 14-nün tikintisi artıq tamamlanmaq üzrədir və yaxın aylarda istifadəyə veriləcək. Qalan 7 evdə isə inşaat işləri davam etdirilir.
Ümumiyyətlə, 2018-ci ilədək bu kateqoriyadan olan digər şəxslərin də mərhələlərlə yeni fərdi ev və mənzillərlə təmin edilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_muharibe_elilleri_ve_sehid_aileleri_uchun_21_ferdi_ev_tikilir-916511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR