Gömrük Komitəsi: Bəzi şəxslər əsassız olaraq rəsmi statistik rəqəmləri təhrif edir

Gömrük Komitəsi: Bəzi şəxslər əsassız olaraq rəsmi statistik rəqəmləri təhrif edir
19:12 6 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiq etdi (24 May 2017 11:37)
Azərbaycan və Türkiyə gömrük sahəsində birgə komitə yaradır (24 May 2017 11:32)
Ərdoğan Azərbaycanla birgə gömrük komitəsinin yaradılması haqqında sənədi təsdiq etdi (24 May 2017 11:29)

Dövlət Gömrük Komitəsi (DGK) bəzi KİV-də komitənin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində ölkə ərazisinə gətirilən malların gömrük rəsmiləşdirilməsi prosedurlarına dair səslənən fikirlərə münasibət bildirib.

DGK-nın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın regionda siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı və xarici siyasətdə açıq və çevik fəaliyyəti digər ölkələrlə ikitərəfli  münasibətlərin güclənməsinə müsbət təsir göstərir: "Azərbaycanın artan iqtisadi qüdrəti əksər dünya ölkələrinin, eyni zamanda beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Ölkəmizin xarici ölkələrlə ikitərəfli münasibətlərinin inkişafında idxal-ixrac əməliyyatları mühüm rol oynayır. Bu ölkələrarası münasibətlərin, xarici-iqtisadi əlaqələrin genişlənməsində böyük əhəmiyyət kəsb edir. Lakin son bir ildə qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, dünya enerjidaşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra ölkələrdə iqtisadi artımın zəifləməsi, neftin bir barelin qiymətinin 3 dəfədən çox aşağı düşməsi əksər dünya ölkələrinin milli valyutasının devalvasiyasına gətirib çıxarıb".

Məlumatda deyilir ki, bu baxımdan neft istehsalçısı olan Azərbaycanda da neftin qiymətinin aşağı düşməsi fonunda son bir il ərzində milli valyuta 2 dəfə devalvasiyaya məruz qalıb, Mərkəzi Bank 2015-ci ilin dekabrın sonunda isə üzən məzənnə rejiminə keçidlə bağlı qərar verib: "Bu proses ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə gətirilən malların qiymətinə də öz təsirini göstərir. Son zamanlar bəzi KİV-də verilən şərhlərin heç bir əsası yoxdur. Qeyd etmək lazımdır ki, son on üç ildə respublikamızda makroiqtisadi sabitlik təmin olunub, inzibati prosedurlar sadələşdirilib, şəffaf mexanizmlər tətbiq olunur, "Elektron Hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülür. Dövlət Gömrük Komitəsində 1 yanvar 2009-cu il tarixindən ölkə başçısının müvafiq sərəncamına əsasən "bir pəncərə" sistemi tətbiq olunmaqla idxal mallarının sərhəd gömrük keçid məntəqələrində qeydiyyat prosesi 2 saatdan 20-25 dəqiqəyə enib, gömrük ödənişlərinin kredit kartı və yaxud banklar vasitəsi lə alınması təmin olunub. Bir sıra KİV-də müxtəlif adda idxal və ixrac olunan malların dəyər və qiymətləri barədə həqiqəti əks etdirməyən əsassız fikirlər, gömrük statistikası ilə əlaqədar məzmunsuz şərhlər və təhlillər verilir. Və yalnız şəxsi ambisiyalara varmaqla, heç bir əsas olmadan rəsmi statistik rəqəmlər təhrif olunur", - deyə məlumatda bildirilir.

Qeyd etmək lazımdır ki, ölkə ərazisinə idxal olunan malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Bəzi mətbu orqanlarda əsassız, heç bir rəsmi mənbəyə istinad olunmayan məlumatlar əsas gətirilərək son 6 il (2008-2013-cü illər) ərzində 15 ölkədən (Almaniya, Belarus, Çin, Macarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, Böyük Britaniya, Koreya, İran, İsrail, Fransa) Azərbaycana 21,58 milyard həcmində idxal olunan malların statistik uçotdan yayınması kimi göstərilməsi faktı tam yanlış və əsassızdır. Digər tərəfdən büdcənin bu illər ərzində itkisi də cəfəngiyatdan başqa bir şey deyil. Çünki müəllif özünəməxsus qaydada yanlış hesablamaları aparmaqla ictimaiyyətə səhv məlumatlar çatdırmağa çalışıb. Bununla yanaşı bu insanlar düşünməlidirlər ki, artıq 2016-cı ildə yaşayırıq və dünya iqtisadiyyatında gedən proseslər operativliyi ilə ötən illərlə müqayisədə fərqlənir.

"Bu gün qüvvədə olan qanunvericilik aktlarına görə ölkə ərazisinə idxal olunan mallara əmtəə kodundan asılı olaraq 0, 0.5, 1, 3, 5, 10, və 15 faiz dərəcəsində idxal rüsumu tətbiq olunur və malın dəyərinə görə isə 18 faiz əlavə dəyər vergisi tətbiq olunur, eyni zamanda aksizli mallara isə Vergi Məcəlləsinə əsasən aksiz tətbiq olunur. Nəticədə alınan gömrük ödənişləri büdcənin gəlirlər hissəsini formalaşdırır. Qeyd etmək lazımdır ki, ölkənin milli iqtisadi təhlükəsizliyini qorumaq məqsədilə xarici ölkələrdən idxal olunan malların dəyəri dünya bazar qiymətindən qat-qat yuxarı hədlə ölçülə bilməz, eyni zamanda daxili bazarın qorunması üçün malın gömrük dəyərini daha aşağı dəyərləndirmək qəbul olunmazdır. Birinci halda daha doğrusu, yüksək qiymətlə mallar dəyərləndirilərsə əsassız olaraq ölkədən daha çox valyuta axınına yol açıla bilər. İkinci halda ölkə daxilində istehsal olunan eyni adlı məhsulların bazarda rəqabətədavamlılığını tənzimləmək mümkün olmayacaq.

Bu baxımdan, tərəfimizdən aparılan təhlillər göstərir ki, heç bir təhrifə yol verilmədən, 2008-2013-cü və sonrakı 2014-2015-ci illər ərzində ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi və gömrük statistikası qanuna uyğun aparılmış, idxal mallarına gömrük rüsumları düzgün tətbiq olunaraq, şəxslərdən alınan gömrük ödənişləri tam dövlət büdcəsinə köçürülmüşdür. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Dövlət büdcəsi haqqında" qanunu ilə hər il Dövlət Gömrük Komitəsi üçün proqnozlaşdırılan büdcə öhdəliyi artıqlaması ilə yerinə yetirilib", deyə məlumatda deyilir.

DGK-nın yaydığı məlumatda həmçinin deyilir ki, kütləvi informasiya vasitələrində "hər il üçün idxalın həcminin orta hesabla 3.6, 4.9 milyard dollar az göstərilməsi" fikri çox təəssüf olsun ki, yanlış qeyd olunub. Bu gün hər bir şəxs Dövlət Gömrük Komitəsinin internet portalına daxil olmaqla gömrük orqanları tərəfindən idxal mallarına tətbiq olunan gömrük vergi və rüsumlarına görə toplanan aylıq, rüblük, illik gömrük ödənişlərinin məbləği və dövlət büdcəsinə köçürülməsi ilə tanış ola bilər. Bu baxımdan qeyd etmək lazımdır ki, 2008-2013-cü illər ərzində Komitə tərəfindən 1.1-1.38 milyard manat civarında hər il böyük artımla büdcə öhdəliyi yerinə yetirilib. Bu göstərici 2014-cü ildə 1,51 milyard manat olub, 2015-ci il üçün isə 1 milyard 590 milyon manat həcmində proqnozlaşdırılmaqla, faktiki olaraq 1 milyard 591 milyon manat məbləğində yerinə yetirilib. Təkcə bir rəsmi statistik göstəricini diqqətə çatdırırıq. 1992-ci ildə xarici iqtisadi fəaliyyətdən, hətta həyətyanı sahələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının belə ixrac rüsumlarına cəlb olunduğu bir dönəmdə, dövlət büdcəsinə cəmi 900 min ABŞ dollarından aşağı məbləğdə vəsait köçürülüb. Xalq o dövrün fəaliyyəti ilə tam məlumatlıdır".

Həmçinin vurğulanır ki, dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi-tədqiqat işləri aparılır, amma vahid praktiki beynəlxalq tövsiyyələr bu vaxta qədər tərtib olunmayıb: "BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində qeyd olunduğu kimi ayrı-ayrı ölkələr üzrə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Buna baxmayaraq Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələr ilə birlikdə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir və araşdırır. Ümumiyyətlə, məlumat üçün bildiririk ki, Azərbaycan xarici ticarətinin gömrük statistikasıBMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır".

Məlumatda eyni zamanda qeyd edilir ki, mövcud maliyyə-iqtisadi böhran şəraitində ölkədə fəaliyyət göstərən yerli istehsalçıların mənafelərinin qorunması, ixracın stimullaşdırılması əsas şərtlərdən biridir: "Bu baxımdan xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə idxal olunan malların gömrük dəyərləndirilməsi düzgün həyata keçirilməlidir ki, istehlak bazarında eyni adlı malların rəqabətliliyi təmin olunsun. Ölkədə yerli məhsulların istehsalının stimullaşdırılması ilə istehlak bazarında məhsul bolluğunu təmin etməklə, insanların alıcılıq fəaliyyətini yüksəltmək mümkündür. Bu baxımdan da ölkədən xarici valyutanın aparılması prosesi azala bilər. Digər tərəfdən bu gün ölkədə inhisarçılıq aradan qalxıb. Mövcud statistikaya nəzər yetirsək qeyd etmək olar ki, bütün mal mövqeləri üzrə ölkə ərazisinə idxalı minlərlə təsərrüfat subyektləri həyata keçirir. Eyni adlı mallar ölkə ərazisinə 10, 15, 20, 30, 35 adda müxtəlif hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən gətirilir. Məsələn: kərə yağını 15-20 adda, smetan məhsulunu 20-30 adda, düyünü 10-18 adda, taxılı 10-12 adda, armaturu 20 adda, taxtanı 22 adda, məişət əşyalarını 15 adda və sair ölkə ərazisinə hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gətirir. Bəzi şərhçilər brokerlərlə əlaqədar müəyyən fikirlər səsləndirirlər. BMT-nin İnkişaf Proqramları çərçivəsində Avropa İttifaqının Maliyyə dəstəyi ilə beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan Gömrük Məcəlləsində institut olaraq gömrük təmsilçiliyi, gömrük brokeri və səlahiyyətli iqtisadi operator fəaliyyəti nəzərdə tutulub. Xatırladaq ki, beynəlxalq norma və standartlara uyğun olaraq, gömrük brokerlərinin vəzifəsi xarici iqtisadi fəaliyyət iştirakçılarına xidmət göstərməkdir. Bununla yanaşı, hər hansı xarici iqtisadi fəaliyyət iştirakçısı birbaşa olaraq da ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinə müraciət edə bilərlər", deyə məlumatda qeyd edilir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çində rüşvət almaqda ittiham edilən dövlət məmuru edam olunub

26 May 2017 10:02

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

26 May 2017 10:01

Bakıda avtobusun piyadanı vuraraq öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

26 May 2017 09:57

"Barselona"nın transfer edəcəyi ilk ulduz

26 May 2017 09:57

​Sabahdan müqəddəs Ramazan ayı başlayır

26 May 2017 09:57

Qusarda 33 yaşlı ruhi xəstə özünü talvardan asdı

26 May 2017 09:55

Neftimiz ucuzlaşdı

26 May 2017 09:53

Nişanlısı ilə axşam gəzintisinə çıxan Fahriye Evcenin yaz stili – FOTOLAR

26 May 2017 09:53

Azərbaycan neftinin qiymətində DƏYİŞİKLİK

26 May 2017 09:52

Dodaqlarınız çatlayır? Elə isə bunu edin

26 May 2017 09:48

Zaur Antalyada saxlanıldı, deportasiya edilir

26 May 2017 09:47

KİV: Donald Trampın kürəkəni Cared Kuşner FTB-nin nəzarəti altındadır

26 May 2017 09:47

İslamidada itən idmançıların ölkələrinə qayıtmama səbəbi

26 May 2017 09:47

Bu həftə "V Element" Islamiadaya həsr olunacaq - VİDEO

26 May 2017 09:42

Azərbaycan nefti ucuzlaşdı

26 May 2017 09:42

FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

26 May 2017 09:38

Güclü zəlzələ baş verib

26 May 2017 09:38

ABŞ-ın Qərbi Hollivud şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

26 May 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.05.2017)

26 May 2017 09:37

Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər

26 May 2017 09:37

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

26 May 2017 09:37

"Məni 17 yaşım olanda qaçırtdılar", "Namusunu əvvəldən təmiz saxlayaydın da"....

26 May 2017 09:37

BNA-dan 81 saylı marşrut avtobusunun piyadanı vurmasına münasibət

26 May 2017 09:36

Qızları oğurlayıb seks köləsi edən, doğulan uşaqları terrorçu kimi böyüdən təşkilat barədə ŞOK FAKTLAR

26 May 2017 09:33

Dünya birjalarında qızıl bahalaşdı

26 May 2017 09:33

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.05.2017)

26 May 2017 09:32

Mustafa Ceceli boşandı

26 May 2017 09:32

“Respublikası Günü” və Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25-ci ildönümü ilə əlaqədar Nyu-Yorkda rəsmi qəbul keçirilib (FOTO)

26 May 2017 09:29

Cəbhədən YENİ XƏBƏR

26 May 2017 09:27

Qızıl 2 dollaradək bahalaşdı

26 May 2017 09:27

Azərbaycan klubu “Dinamo” ilə qarşılaşacaq

26 May 2017 09:22

Millimiz Ukraynaya qarşı

26 May 2017 09:17

"Yuventus" hücumçusu ilə müqavilə yenilədi

26 May 2017 09:17

Azərbaycan Beynəlxalq Bankı dəftərxana ləvazimatları almaq istəyir

26 May 2017 09:17

MN: Mövqelərimiz iriçaplı pulemyot və minaatanlardan 130 dəfə atəşə tutulub

26 May 2017 09:15

Bu günün TƏQVİMİ

26 May 2017 09:13

Cəbhədən xəbər var

26 May 2017 09:13

Şahdağ Turizm Mərkəzində təchizat zəncirinin idarə edilməsinə ehtiyac var

26 May 2017 09:12

Unibankdan Respublika gününə xüsusi kredit kampaniyası

26 May 2017 09:08

Bakı sakini qonşusu tərəfindən döyülərək xəsarət alıb

26 May 2017 09:07

Ermənistan silahlı bölmələri atəşkəsi 130 dəfə pozub

26 May 2017 09:07

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir

26 May 2017 09:07

Təkrarsız El - FOTO

26 May 2017 09:05

“Aqrolizinq” nizamnamə kapitalını artırır

26 May 2017 08:57

Gilasın inanılmaz faydaları

26 May 2017 08:57

Cəmi 4 ay davam etdi - FOTO

26 May 2017 08:52

4 uşaq anasının bədəni təəccübləndirdi - FOTO

26 May 2017 08:52

La Liqa klubu Eskriba ilə əməkdaşlığı davam etdirəcək

26 May 2017 08:52

Elmar Məmmədyarov: "Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişaf yolunda birgə səylərə həqiqətən töhfə verən fəal və güclü tərəfdaşdır"

26 May 2017 08:52

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

26 May 2017 08:47