Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının bir hissəsində su olmayacaq

Bakının bir hissəsində su olmayacaq

Date: 6 January 2016 19:13

Bakı. Trend:

Sabah Bakının bir hissəsində su olmayacaq.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin dəyişdirilməsi işləri ilə əlaqədar Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafında olan, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu abonentlərin bir hissəsinə 7 yanvar 2016-cı il tarixdə gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakının hissəsində su olmayacaq

RƏYLƏR


Top news