İspaniya 10 ay ərzində meyvə-tərəvəz ixracatından 10 milyard avroyadək vəsait əldə edib

İspaniya 10 ay ərzində meyvə-tərəvəz ixracatından 10 milyard avroyadək vəsait əldə edib
19:13 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 6 yanvar, AZƏRTAC 
İspaniyada 2015-ci ilin ilk 10 ayında meyvə-tərəvəz məhsullarının ixracatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxalıb. Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına görə, həmin müddətdə 10 milyon ton məhsul ixrac edən ölkənin əldə etdiyi gəlir 9,477 milyard avro olub.
İspaniya Avropanın meyvə-tərəvəz təminatçısı kimi mövqelərini getdikcə möhkəmləndirir. Ötən 10 ayda ixracın ən çox artdığı ölkələr Almaniya, Böyük Britaniya və Fransa olub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniya_10_ay_erzinde_meyve_terevez_ixracatindan_10_milyard_avroyadek_vesait_elde_edib-916517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR