Abbasdan 13 min qonorar alması xəbərinə münasibət

Abbasdan 13 min qonorar alması xəbərinə münasibət
19:16 6 Yanvar 2016
65 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün mətbuatda müğənnilərin toylardan aldıqları fantastik məbləğdə qonorarların siyahısı dərc olunub. Siyahıya liderliyi Abbas Bağırov edir. Məlumata görə, o, bir toydan 13 min manat məbləğində qonorar alır.

Axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı aznews.az-a danışan əməkdar artist siyahıda qiymətlərin şişirdildiyini deyib:
 
“Mən mətbuata, ya da hasısa quruma belə bir açıqlama verməmişəm. Adımdan yalan yazıblar. Bütün həmkarlarım mənim toy qiymətimi bilir. Mən bir toydan 5 min manatdan çox qonorar almıram”.

A.Bağırov qeyd edib ki, o, ümumiyyətlə, toylara az-az gedən sənətkarlardandır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR