Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 7-də Bakının bir neçə rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin dəyişdirilməsi işləri ilə əlaqədar Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafında olan, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu abonentlərin bir hissəsinə yanvarın 7-də gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.