Azərbaycanın "maqnit uşağ"ı (FOTO)

Azərbaycanın "maqnit uşağ"ı (FOTO)
19:33 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov – Trend:

12 yaşlı Ayxan Sultanzadə metal əşyaları özünə çəkmək qabiliyyətinə malikdir. Trend-in məlumatına görə, açarlar, qayçılar və hətta ütü onun əl və ayaqlarına yapışır.

A.Sultanzadə Bakının Qaradağ rayonunun 274 saylı məktəbinin 6-cı sinif şagirdidir. Onun bu istedadı hələ erkən yaşlarında üzə çıxıb.

A.Sultanzadənin atası, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu Trend-ə bildirib ki, o, qabiliyyətini ilk dəfə nümayiş etdirəndə evdəkilər inanmayıb: “Ütünü bədənində necə saxladığını görəndə isə başa düşdük ki, onun qeyri-adi istedadı var”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2477442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR