Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mərakeşdə ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı etiraz

Mərakeşdə ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı etiraz

ABŞ kəşfiyyatı Donald Trampa qarşı çevriliş planı hazırlyıb (19 Mart 2017 18:17)
Fransa prezidentliyinə namizədə qarşı ittiham - MƏNİMSƏMƏ (14 Mart 2017 20:12)
Fransa prezidentliyinə namizəd: “Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək” (13 Mart 2017 13:42)

Tarix: 6 Yanvar 2016 19:43


Rabat, 6 yanvar, AZƏRTAC 
ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Trampın Mərakeş-İspaniya sərhədində çəkilmiş videonu Meksika-ABŞ sərhədindən kadrlar kimi təqdim etməsi Mərakeşdə narazılıqla qarşılanıb. Donald Tramp amerikalıların diqqətini miqrant probleminə cəlb etmək istəyərkən məhz İspaniya anklavı olan Melilya ilə Mərakeş arasındakı sərhədi qeyri-qanuni şəkildə aşan afrikalıların əks olunduğu videonu göstərib. Kadrların əsl mənbəyi üzə çıxanda isə o, eyni vəziyyət olduğundan bu kadrların istifadəsini normal hesab etdiyini deyib.
Mərakeşdə siyasətçilər, vətəndaş cəmiyyəti fəalları və ziyalılar D.Trampın bu hərəkətini ölkənin mənfi obrazının yaradılması kimi qiymətləndirib və ona etirazlarını ifadə ediblər. Ölkənin deputatları bəyanat yayaraq bildiriblər ki, Mərakeş ABŞ-ın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və son illərdə iki ölkə arasında strateji əməkdaşlıq mövcuddur. Belə halda ABŞ-da Mərakeşin mənfi obrazda təqdim olunması təəssüf doğurur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Teqlər:  Mərakeşdə ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı etiraz



RƏYLƏR


Top xəbərlər