Millimiz Bolqarıstana qalib gəldi

Millimiz Bolqarıstana qalib gəldi
19:52 6 Yanvar 2016
17 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun millimizin qələbəsi ilə başa çatıb - 2:0 (qollar: Gülər Mətin, 68; İbrahim Qədirzadə, 90+4).

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR