Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 45 yaşlı kişi meyiti tapılıb

Bakıda 45 yaşlı kişi meyiti tapılıb

Date: 6 January 2016 19:53

Bakı. Trend:

Bakıda mənzildə 45 yaşlı kişi meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1971-ci il təvəllüdlü Sapojnikov Eduard Yevgeneviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər. E.Sapojnikovun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakıda 45 yaşlı kişi meyiti tapılıb

RƏYLƏR


Top news