Avropa ölkələri arasında indiyədək cəmi 272 qaçqın bölüşdürülüb

Avropa ölkələri arasında indiyədək cəmi 272 qaçqın bölüşdürülüb
19:58 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 6 yanvar, AZƏRTAC
Ötən ilin sentyabr-oktyabr aylarında Avropa İttifaqı dövlətlərinin əldə etdikləri razılaşmaya görə, əsasən İtaliya və Yunanıstanda cəmləşmiş 160 min qaçqın üzv ölkələr arasında paylanmalı idi. Avropa Komissiyasının yaydığı məlumatda indiyədək həmin razılaşmanın müddəalarının cəmi 272 qaçqınla bağlı tətbiq olunduğu əksini tapıb. Finlandiya, Fransa, Litva, Lüksemburq, Almaniya və Portuqaliya götürdükləri öhdəliklərə müvafiq olaraq İtaliya və Yunanıstandan həmin qaçqınların qəbuluna başlayıb. 19694 qaçqını qəbul etməyə öhdəlik götürmüş Fransa ötən bir neçə ayda 19 qaçqını, 27515 qaçqını qəbul etməli olan Almaniya isə 21 qaçqını öz ərazisində yerləşdirib.
Qeyd edək ki, Avropa Komissiyasının təklifi əsasında hər bir üzv dövlətin iqtisadi gücü, əhalisinin sayı, işsizlik səviyyəsi və digər parametrlər əsasında Avropa İttifaqına üz tutan qaçqınların paylanması həyata keçirilməlidir. Üzv dövlətlər qaçqınların paylanmasına dair razılıq əldə etsələr də, kvota əsasında qaçqınların paylanması qeyri-işlək mexanizmə çevrilib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_olkeleri_arasinda_indiyedek_cemi_272_qachqin_bolusdurulub-916536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR