Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fiziologiya İnstitutunun beynəlxalq əlaqələri genişlənir

Fiziologiya İnstitutunun beynəlxalq əlaqələri genişlənir

Date: 6 January 2016 20:13


Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsi Tibb Mərkəzinin Elmi-klinik şurasının “Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Carçısı” jurnalı redaksiya heyətinin üzvü seçilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, elmi-təşkilati əlaqələrin genişləndirilməsi məqsədilə Fiziologiya İnstitutu və bu qurum arasında əməkdaşlıq haqqında memorandumun imzalanması nəzərdə tutulub.
İldə dörd dəfə dərc olunan jurnalın rubrikalarında fundamental klinik tədqiqatlar, ictimai sağlamlıq və səhiyyə barədə aktual suallar, icmallar, həmçinin tibb elminin son nailiyyətləri barədə geniş məlumatlar verilir.

Tags:  Fiziologiya İnstitutunun beynəlxalq əlaqələri genişlənir


RƏYLƏR


Top news