Dəhşətli qətlin təfərrüatları bilindi (FOTO)

Dəhşətli qətlin təfərrüatları bilindi (FOTO)
20:56 6 Yanvar 2016
627 Ölkə
Ölkə mətbuatı
A- A+

Füzulidə ər arvadının boğazını kəsib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Bala Bəhmənli kəndində baş verib.

Kənd sakini Gəncəvi Sadıqov həyat yoldaşı Vüsalə Sadıqova ilə mübahisə edib. Vüsalənin yaxınlarının sözlərinə görə, G.Sadıqov əvvəlcə otaqda çörək bişirəmək üçün xəmir hazırlayan həyat yoldaşına bir neçə yumruq zərbəsi endirib.

Daha sonra əlinə keçən bıçaqla elə övladlarının gözü qarşısında onun boyun nahiyəsinə bir zərbə vurub.

Ərinin əlindən qaçaraq qonşudan kömək istəyən Vüsalə küçədə müvazinətini itirərək yerə yıxılıb. Yaralı halda olan Vüsalə Sadıqova xəstəxanaya çatdırılsa da o, dünyasını dəyişib.


Qətli törətməkdə şübhəli bilinən


Qətlə yetirilən qadının 3 azyaşlı övladı var

Mərhumun yaxınlarının sözlərinə görə, Gəncəvi Sadıqov içki aludəçisi olub.

"Qadına deyib ki, mənə pul ver, araq almağa gedirəm. Uşaqların dediyinə görə, qadının əli xəmirlı olub, o, deyib əlimi təmizləyim səbrin olsun, verəcəm. Bu da səbr etməyib, götürüb vurub onu", - deyə mərhumun qohumu Qiyas Həsənov bildirib.


Qiyas Həsənov - mərhumun qohumu

Qətli törətdikdən sonra yaxınlıqdakı kafeyə gedən Gəncəvi Sadıqovu polis yaxalayıb. Hazırda faktla bağlı Füzuli rayon Prokurorluğunda cinayət işi açılıb.

Qətlin hansı səbəbdən törədilməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR