Arda Turan bu gecə “Barselona”–“Espanyol” oyununda meydana çıxacaq

Arda Turan bu gecə “Barselona”–“Espanyol” oyununda meydana çıxacaq
20:58 6 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Türkiyəli futbolçu Arda Turan “Barselona”–“Espanyol” komandaları arasında bu gecə oynanılacaq İspaniya kuboku qarşılaşmasında forma geyinəcək.
AZƏRTAC “NTV spor” telekanalının saytına istinadla xəbər verir ki, A.Turan “Nou Kamp” stadionunda keçiriləcək matçda Katalon klubunun heyətində ilk dəfə meydana çıxacaq.
Arda Turan 7 nömrəli formanı geyəcək. “Barselona”ya qoyulan transfer qadağasına görə klub 6 aydır futbolçunun xidmətlərindən istifadə edə bilmirdi. Həmçinin indiyədək “Barselona” komandasının heyətində meydana çıxmayan digər yeni transfer Aleks Vidalın da bu oyunda heyətə daxil edildiyi bildirilir.
Türkiyəli futbolçu A.Turan bununla bağlı deyib: “Uşaqlıqda ən böyük xəyalım “Qalatasaray” komandasında oynamaq idi. İndi isə “Barselona” kimi klubun heyətində meydana çıxacağam. Hər bir insan əgər öz üzərində çalışsa, onun xəyalları gerçəkləşə bilər”.
Qeyd edək ki, “Barselona” və “Espanyol” komandaları arasında ötən həftə oynanılan İspaniya La Liqası oyununda hesab açılmamışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Arda_Turan_bu_gece_Barselona_Espanyol_oyununda_meydana_chixacaq-916551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR