Hindistanda avtobus qəzaya uğrayıb: 13 ölü, 16 yaralı

Hindistanda avtobus qəzaya uğrayıb: 13 ölü, 16 yaralı
21:02 6 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Hindistanın şərqindəki Tripura ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ən azı 13 nəfər həyatını itirib, daha 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, hadisə Tripura şəhərindən 80 km uzaqlıqda baş verib. 
Məlumata görə, sürücü avtobusun təkəri partladığından idarəetməni itirib və avtomobil suya düşüb. 
Yerli polis 6 nəfərin qəza yerində, 7 nəfərin isə xəstəxanada həyatını itirdiyini açıqlayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hindistanda-avtobus-qezaya-ugrayib-13-olu-16-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR