"Zidanın baş məşqçi olması səfehlikdir"

21:26 6 Yanvar 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

“Bavariya”nın sabiq baş məşqçisi Ottmar Xitsfeld Zinəddin Zidanın “Real Madrid” klubunun baş məşqçisi olmasına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Xistfeld Zidanın baş məşqçi keçməsinin dəlilik olduğunu deyib.

“Zidan üçün bu lotereyada böyük qələbədir. Bu axmaqlıq və səfeh bir qərardır. Onun məşqçi kimi heç bir təcrübəsi yoxdur. Zidanın adı məşhurdur. Məşqçi kimi heç nə etməyib hələ, lakin dünyanın ən yaxşı futbolçuları ilə çalışmalıdır”, Xitsfeld deyib.

43 yaşlı fransız mütəxəssis 4 yanvarda “Real Madrid” klubunun baş məşqçisi təyin edilib.

Zidanın ilk məşqini 6 min azarkeş canlı olaraq tribunalardan izləyib.


Zinəddin Zidanın məşqçi kimi ilk görüntüləri

Zinəddin Zidan 1998, 2000, 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu titulunu qazanıb. Fransa yığmasının tərkibində dünya çempionu (1998) və Avropanın (2000) çempionu olub.


Zidanın ailəsi

Karyerası ərzində, 1988-1992-ci illərdə Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci illərdə İtaliyanın "Yuventus", 2001-2006-cı illərdə isə İspaniyanın "Real Madrid" klublarında çıxış edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR