Barak Obamadan ABŞ-Azərbaycan münasibətlərinin pozulmasını istəyənlərə zərbə

Barak Obamadan ABŞ-Azərbaycan münasibətlərinin pozulmasını istəyənlərə zərbə
22:08 6 Yanvar 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Samir Əli - Trend:

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Barak Obama Prezident İlham Əliyevə məktub göndərərək Azərbaycan dövlət başçısını 2016-cı ildə Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Obama məktubda qeyd edib ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir: “Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək”.

Barak Obamanın bu dəvəti bir daha ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu sübuta yetirdi. Ağ Ev rəhbərinin bu addımı son vaxtlar ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin gərginləşməsini istəyən bəzi qüvvələrin səsini kəsdi. Dövlət başçıları bir daha sübut etdi ki, ABŞ-Azərbaycan münasibətləri daim sıx, yüksək səviyyədə olub və bu münasibətlər bundan sonra daha da müsbətə doğru inkişaf edəcək. Barak Obama bu münasibətlərə paxıllıq edən qüvvələrə növbəti dəfə rədd cavabını verdi.

Bir müddət öncə erməni və ermənipərəst qüvvələrin dolayısilə sifarişi əsasında Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin ABŞ Konqresinə antiazərbaycan xarakterli “Azərbaycan demokratiya aktı” adlı layihə təqdim etməsi həmin qüvvələr tərəfindən “fəxrlə” qarşılandı və onlar ABŞ-Azərbaycan münasibətlərinin gərginləşəcəyini bəyan etdilər. Həmin qüvvələr Azərbaycanın özünü müxalifət hesab edən bəzi şərhçiləri vasitəsilə hay-küylə ictimaiyyətə təqdim etdilər ki, guya ABŞ Azərbaycana sanksiya təqdim edəcək, Azərbaycanla düşmən mövqedə dayanacaq və sair. Əslində bu məsələni şişirdərək özlərini reklam etməyə çalışanlar erməni dəyirmanına su tökmək istəyirdi. Daim Azərbaycanın uğurlarını qəbul etməyən, ölkənin inkişafına paxıllıq edən bu şəxslərə Kris Smitin bu hərəkəti sərf edirdi. Kris Smitin bu cür ağılsız və düşünülməmiş fikri Azərbaycanın düşmənlərini bir müddət sevindirdi. Amma...

Barak Obama həmin qüvvələrə bu dəvəti ilə konkret cavab verdi. Ağ Ev rəhbəri sübut etdi ki, ABŞ-Azərbaycan münasibətlərinə nəinki ermənipərəst qüvvələr, hətta dünyada öz sözünü deyə bilən qüvvələr də mane ola bilməz. Çünki ABŞ Azərbaycanla sıx əməkdaşlıq edir və bu əməkdaşlıq yüksək templə irəliləyir.

Bu gün rəsmi Bakı ilə Vaşinqton arasındakı münasibətlər bütün dünyaya məlumdur. Hazırda iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri yüksək səviyyədə davam edir.

Artıq 2004-cü ildən Azərbaycan Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu, ABŞ Konqresində isə “Azərbaycan üzrə İşçi Qrupu” fəaliyyət göstərir. Hazırda Bill Şuster və Dan Boren “Azərbaycan üzrə İşçi Qrupu”nun həmsədrləridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri isə Səməd Seyidovdur.

Bu günə kimi iki ölkə arasında 75 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb.

Belə bir dostluq münasibətləri olan iki ölkənin əlaqələrinə hansısa təxribatçı qüvvələrin mane olması mümkün deyil. Çünki ABŞ dünyaya demokratiya dərsi keçən, iqtisadi inkişafına görə hegemon dövlətdir, Azərbaycan isə yüksək sürətli inkişafına görə dünyada lider ölkələrdəndir. Belə bir ölkələrin isə müttəfiqliyini, münasibətlərini korlamağa cəhd həmişə boşa çıxıb və çıxacaq. Azərbaycan-ABŞ münasibətlərinin xırda bir qüvvə tərəfindən pozulacağı heç vaxt mümkün deyil. Çünki hər iki dövlətin dünyagörüşlü, bacarıqlı rəhbərləri var. Hər iki dövlət başçısı daim nəinki öz ölkələrində, eləcə də bütün dünyada sülhün bərqərar olmasına, insanların əmin-amanlıq şəraitində, problemsiz yaşamasına, qonşu dövlətlərlə münasibətlərin normal olmasına çalışan liderlərdir. Onlar daim bu istiqamətdə əllərindən gələni edib və bundan sonra da edəcəklər.

Barak Obamanın Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsinin bir səbəbi də hər iki dövlət başçısının bu istiqamətdə əllərindən gələni etməsinə bir işarədir. Hər iki lider üçün öz ölkələri ilə yanaşı, dünyada təhlükəsizliyin təmin edilməsi, insan tələfatının qarşısının alınması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması əsas məqsədlərindəndir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 7 yaşlı uşağı maşın vurub

25 İyul 2017 06:52

Obyektivdə Çindir - FOTO

25 İyul 2017 06:32

Dneprdə silahlı insident - Ölən və yaralananlar var

25 İyul 2017 05:48

Donald Tramp Rusiyaya qarşı sanksiyaları götürmək niyyətində deyil - Ağ ev

25 İyul 2017 05:47

CNN: Tillerson istefa verəcək

25 İyul 2017 05:39

Rəssamın yeməli modası - FOTO

25 İyul 2017 05:32

Avropa çempionatının biletləri satışda

25 İyul 2017 04:48

İsrail “Əl-Aksa” məscidi ilə bağlı mühüm qərar verdi

25 İyul 2017 04:34

Köhnə binada müasir mənzil - FOTO

25 İyul 2017 04:32

Lənkəranda BƏDBƏXT HADİSƏ

25 İyul 2017 03:48

İsrail Məscidi-Aksadakı metal axtaran qurğuları sökür

25 İyul 2017 03:37

Sadəcə, küçə instalyasiyaları - FOTO

25 İyul 2017 03:32

Türkiyə sahillərində zəlzələ

25 İyul 2017 03:09

Bakıda partlayış - Xəsarət alanlar var - FOTO/VİDEO

25 İyul 2017 03:08

Bakıda sərnişin avtobusu qəza törətdi - FOTOLAR

25 İyul 2017 02:53

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

25 İyul 2017 02:43

Alberta Ferretti-dən yeni kolleksiya - FOTO

25 İyul 2017 02:32

Xiyar, limon, nanə…

25 İyul 2017 02:17

Alimlər Ayda su tapıb? - AÇIQLAMA

25 İyul 2017 02:08

Bakıda partlayış baş verib

25 İyul 2017 01:52

İŞİD başçısının real varislərindən biri İraqda öldürülüb

25 İyul 2017 01:46

Qətər Türkiyə və ABŞ ilə birgə hərbi təlim keçirəcək

25 İyul 2017 01:42

Həndəsə motivli ev - FOTO

25 İyul 2017 01:32

Antalyada partlayış - Yaralılar var

25 İyul 2017 01:23

Heç vaxt rastlaşmadığınız "sehrli" RESEPT -

25 İyul 2017 01:22

“Qəbələ”nin cavab matçının başlama saatı bəlli oldu

25 İyul 2017 01:14

Azərbaycanda əcnəbilərin uşaqlarının doğumuyla bağlı YENİLİK

25 İyul 2017 01:03

Sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərdi

25 İyul 2017 00:53

Pentaqon Türkiyədən izahat tələb etdi

25 İyul 2017 00:49

Qurban Qurbanov: "Ən vacib oyunlarımızdan birinə çıxacağıq"

25 İyul 2017 00:48

Bakıda maşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var

25 İyul 2017 00:47

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

25 İyul 2017 00:22

10 yaşlı qız abort etdirmək üçün icazə istəyir -

25 İyul 2017 00:16

Astroloji proqnoz - 25 iyul

25 İyul 2017 00:13

Hamamda halı pisləşən kişi xəstəxanada ölüb

25 İyul 2017 00:05

"Onun əla zərbələri var"

25 İyul 2017 00:05

Sevgilisi: "İrəmin reklama ehtiyacı var?!"

25 İyul 2017 00:05

Sorensen karyerasını başa vurdu

25 İyul 2017 00:05

Günün qoroskopu: yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər

25 İyul 2017 00:05

Sevgilisi Selenanı bir gün sonra təbrik etdi - FOTO

24 İyul 2017 23:57

Zidan Danilonun əvəzinə müdafiəçi istəmir

24 İyul 2017 23:57

Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

24 İyul 2017 23:57

Hamamda halı pisləşdi, öldü

24 İyul 2017 23:54

"Süd məhsulları istifadə etmirəm ki, gözəl qalım"

24 İyul 2017 23:52

"Çox pul xərcləyib bir şeyə nail olmamaq zəiflik əlamətidir"

24 İyul 2017 23:52

Azərbaycan neftinin son qiyməti -

24 İyul 2017 23:49

"Gündəlik ətalətdən uzaqlaşmaq istəyirdim"

24 İyul 2017 23:47

"Onun "Milan"a keçməsini gözləmirdim"

24 İyul 2017 23:42

Əvvəllər satıcı işlədiyi mağazada klip çəkdirir - foto

24 İyul 2017 23:42

Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"

24 İyul 2017 23:37