Putinin Qarabağa qoşun göndərmə planı

Putinin Qarabağa qoşun göndərmə planı
22:11 6 Yanvar 2016
160 Digər
Ölkə mətbuatı
A- A+

NATO-nun Avropadakı qüvvələrinin komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav Birləşmiş Ştatları Avropada əlavə qoşun birləşdirmələri yerləşdirməyə çağırıb.

General bu haqda Almaniyada jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

Bridlav deyib ki, ABŞ-ın əlavə qüvvələr yerləşdirməsi Rusiyanın fəallaşdığı bir vaxtda Alyansın nizamnaməsinin 5-ci bəndinin həyata keçirilməsi üçün “qabaqcıl imkanlara” malik olmasına imkan verəcək.

“Əgər Rusiyanın 2008-ci ildən başlayaraq Gürcüstanda, Dağlıq Qarabağda, Krımda və Donbassda, indi isə Suriyada həyata keçirdiklərinə baxsaq çoxlarının düşündüyü kimi, revanşist Rusiyanı görərik. Hansı ki, o, öz hədəflərinə çatmaq üçün milli gücün aləti kimi yenidən hərbi qüvvədən istifadəyə geri qayıdıb”, - general Bridlav bildirib.



General Rusiyanın Dağlıq Qarabağda məhz nə etdiyini dəqiqləşdirməyib, ancaq istisna deyil ki, o, münaqişə zonasında ağır silahlardan istifadə olunmaqla mövqe döyüşlərinin şiddətlənməsini və Rusiyanın Qarabağda sülhməramlı qüvvələr adı altında öz qoşunlarını yerləşdirmək planlarını nəzərdə tutur.

NATO komandanının sözlərinə görə, bu o deməkdir ki, ABŞ Avropadakı silahlı qüvvələrinin əməliyyat planlarında dəyişiklik etməlidir. Filip Bridlav deyib ki, son 20 ildə ABŞ öz hərbi qərarlarını planlaşdıranda Rusiyanı özünün partnyoru kimi görürdü. General deyib ki, indi vəziyyət kökündən dəyişib və ABŞ Avropaya əlavə kontingent göndərməlidir. Və bu proses artıq başlayıb. Məsələn, İspaniyaya ABŞ-ın sayca dördüncü esmnetsi göndərilib, ABŞ quru qüvvələri Avropa ölkələrində rotasiya əsasında briqadalar yerləşdirib.


Filip Bridlav - ABŞ Hərbi Hava Qüvvələrinin generalı

“Biz qərara almışıq ki, 5-ci Maddənin tətbiqi üçün qabaqcıl imkanlara malik olmaq baxımından hərbi hazırlığı artırmalıyıq”-general deyib. Onun sözlərinə görə, indi Avropa komandanlığının sərəncamına verilən hər bir əsgər, dənizçi, təyyarəçi və ya dəniz piyadası Rusiyaya qarşı döyüş hazırlığına fokuslanacaq.

Bridlavın sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinin qabaqcıl və modernləşdirilmiş silahlı qüvvələri ilə nə etmək istədiyini bilmir. “Çoxları məndən soruşur ki, Putinin fikri nədir? Mən onun nə barədə düşündüyünü bildiyimə əmin deyiləm. Lakin görürəm ki, o nəsə edir və bundan da nəticə çıxararaq biz də nəsə etməliyik”, - deyə Filip Bridlav bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR