Valkın cəza müddəti uzadıldı

Valkın cəza müddəti uzadıldı
22:22 6 Yanvar 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

FİFA Etika komitəsinin Arbitraj Palatası qurumun baş katibi Jerom Valkın diskvalifikasiya müddətini uzadıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, araşdırma komitəsinin sorğusu əsasında qəbul olunan qərarla Valk daha 45 gün vəzifəsinin icrasından kənarlaşdırılıb. Fransalı funksioneri 9 il müddətinə futboldan uzaqlaşdırılma cəzası da gözləyir. 55 yaşlı Valkın Etik kodeksi pozaraq bir neçə dəfə hədiyyə və digər ödənişlər qəbul etdiyi bildirilir.

Qeyd edək ki, FİFA-nın baş katibi ilə birlikdə Mişel Platini və Yozef Blatter də daha öncə 90 gün müddətinə diskvalifikasiya edilmişdi. Ötən ay Platini və Blatterin cəzası 8 ilədək uzadılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR