Türk nazir: Rusiya özbaşına siyasət yürüdür (FOTO)

Türk nazir: Rusiya özbaşına siyasət yürüdür (FOTO)
22:36 6 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Hava şəraitinin kəskin pisləşməsi nəticəsində Türkiyənin “Pegasus Airlines” şirkətinin İstanbul -Moskva uçuşlarını 13 yanvaradək təxirə salmasına etiraz olaraq Rusiya “Pegasus” əməkdaşlarına viza verməkdən imtina edib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin nəqliyyat naziri Binali Yıldırım isə Rusiyanın bu addımını Beynəlxalq aviasiya qanunlarına zidd adlandırıb. Nazirin fikrincə Rusiya bu hadisədə çox “özbaşına” siyasət yürüdür.

"Pegasus Airlines"də uçuşların dayandırılması və təxirə salınması 2016-cı il yanvarın 1-dən qeydə alınıb. Domodedovo aeroportunun cədvəlinə əsasən, Moskva ilə İstanbul arasında uçuşlar 1,2 və 3 yanvar tarixlərində ləğv edilib və ya gecikmələrlə həyata keçirilib.


Türkiyənin nəqliyyat naziri Binali Yıldırım.

Aviaşirkətin Rusiyadakı ofisi də əmin edib ki, bu, antitürk sanksiyaları ilə əlaqədar deyil. Ofisin əməkdaşı güclü qar yağması səbəbindən Türkiyədə meteoşəraitin çətin olduğunu əsas gətirərək reyslərlə bağlı problemin məhz bu səbəbdən yarandığını deyib.

"Pegasus Airlines" Türk Hava Yollarından sonra Rusiyaya müntəzəm uçuşlar təşkil edən ikinci aviaşirkətdir. Bu şirkət Moskva və Krasnodara həftədə 7 reys həyata keçirir. "Pegasus Airlines"in uçuşlarını 66 təyyarə reallaşdırır.

2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsinin” Türkiyə hava qüvvələri tərəfindən vurulması iki ölkə arasında münasibətləri gərginləşdirib. Rusiya Türkiyəyə bəzi sanksiyalar tətbiq edib.

Nəticədə Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, çarter reyslərini ləvğ edib, eyni zamanda, birtərəfli qaydada vizasız rejimi dayandırıb. Həmçinin türk vətəndaşlarının Rusiyada işə götürülməsi də yasaqlanıb.

Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi xüsusi iqtisadi tədbirlər 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR