Azərbaycanlı biznesmenlər sərmayəyə görə Türkiyədə ikinci oldu - 57 milyon

Azərbaycanlı biznesmenlər sərmayəyə görə Türkiyədə ikinci oldu - 57 milyon
22:37 6 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkət qurulmasında iştirak ediblər.

"Qafqazinfo" Turan-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) yayıb.

Məlumata görə, bu ölkədə Azərbaycan kapitallı şirkətlərin sayı sabit templə artır. 2014-cü ilin yanvar-noyabrında Azərbaycanın iş adamları Türkiyədə 153 şirkət yaradıblar.

Yeni açılan şirkətlərə qoyulan sərmayələrin həcmi 56 milyon 811 min türk lirəsi (təxminən 57 milyon lirə) olub. Bunun 50,7 milyonu soydaşlarımızın payına düşür. 2015-ci ilin 11 ayında yeni qurulan şirkətlərə Azərbaycan mənşəli sərmayənin həcmi 30,3 faiz artıb.

Statistikaya əsasən, Azərbaycan Türkiyədə qurulan səhmdar şirkətlərin sayına görə, yalnız Almaniyadan (84) geri qalaraq ikinci olub - 46 şirkət. Məhdud məsuliyyətli şirkət sayına görə isə Rusiyanı (95) qabaqlayaraq 7-ci sırada durub.

Rəsmi məlumata əsasən, 2013-2015-ci illərdə Azərbaycan kapitalı ilə bu ölkədə yeni qurulan şirkətlərin sayı 507 olub. Onların kapitalının formalaşmasına 143 milyon türk lirəsi ekvivalentində valyuta çıxarılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR