​Qətər də İrandakı səfirini geri çağırır

​Qətər də İrandakı səfirini geri çağırır
22:47 6 Yanvar 2016
13 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Qətər hakimiyyəti İrandakı səfirini geri çağırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücuma etiraz əlaməti olaraq qəbul olunub.
Ər-Riyad yanvarın 3-də İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Buna Krallıq ərazisində şiə məzhəbindən olan alim Nimr ən-Nimrin edamına etiraz edən nümayişçilərin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna hücum etmələri səbəb olub.
Yanvarın 4-də Bəhreyn, Sudan və Birləşmiş Ərəb Əmirlikləri İranla diplomatik münasibətləri işlər müvəkkili səviyyəsinə endirdiklərini bəyan ediblər.
Yanvarın 5-də Küveyt Tehrandakı səfirini geri çağırıb. Bu gün, həmçinin Cibuti hakimiyyəti İranla diplomatik münasibətləri pozub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/qeter-de-i-randaki-sefirini-geri-cagirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR