Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qida məhsulları ilə bağlı yeni tələblər qəbul olundu - VİDEO

Qida məhsulları ilə bağlı yeni tələblər qəbul olundu - VİDEO

Date: 6 January 2016 22:57

Qida məhsulları ilə bağlı yeni standartın tətbiqinə başlanılıb. Standartlar əsasən markalanma ilə bağlıdır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bundan sonra uşaq qidalarının qablarına "ana südünə yaxın" ya da "ekoloji təmiz" ifadələrinin yazılmasına da qadağa qoyulub.

Azərbaycanda uşaq qida məhsullarına dair əsas tələblər açıqlanıb. Bu tələblər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən təsdiqlənən "Qida məhsulları. İstehlakçı üçün məlumat " standartında əksini tapıb.

Yeni standarta əsasən uşaq qida məhsullarının üzərindəki markalanma qaydaları daha da sərtləşdirilib. Uşaq qidası qabının üzərinə istehsal tarixi gün, ay, il və yararlılıq müddəti göstərilməlidir

Bununla yanaşı bütün qida məhsullarının üzərinə "Ekoloji təmiz" yazısının göstərilməsinə qadağa qoyulub.Yalnız ekoloji təmiz olduğu labarotor yoxlamalarla sübut edilən və sertifikat alan məhsulların üzərinə yazmağa icazə veriləcək. Hər iki standart artıq qüvvədədir və tətbiqiə start verilib.

Milli.Az


Tags:  Qida məhsulları bağlı yeni tələblər qəbul olundu VİDEO


RƏYLƏR


Top news