Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arda Turan debüt edir - start heyətində

Arda Turan debüt edir -   start heyətində

Date: 6 January 2016 23:07

Arda Turan "Barselona"da debüt edir. Fanat.az xəbər verir ki, o, bu gecə "Valensiya" ilə matçda Kataloniya klubunun heyətində ilk rəsmi oyununa çıxacaq.

Belə ki, "Barselona" "Kral Kuboku"nun 1/16 finalında "Valensiya"nı qəbul edəcək. Baş məşqçi Luis Enrike Bakı vaxtı ilə saat 23.30-da başlayacaq matçın start heyətinə Arda Turanın da adını daxil edib.

Qeyd edək ki, Arda Turan yayda "Atletiko"dan "Barselona"ya keçmişdi. Lakin Kataloniya klubuna qoyulan transfer qadağası səbəbindən indiyədək debüt edə bilməyib. Onunla eyni aqibəti yaşayan Aleyks Vidal da ilk "11-lik"də yer alıb.

Maraqlıdı ki, Arda Turan klub səviyyəsində son rəsmi matçını "Barselona"ya qarşı keçirib. Belə ki, ötən mövsüm "Atletiko"nun formasını geyinən futbolçu mayın 17-nə təsadüf edən La Liqa oyunnuda "Barsa"ya qarşı oynayıb. Türk futbolçu bundan sonra yalnız Türkiyə yığmasının heyətində yer alıb.

Fanat.az


Tags:  Arda Turan debüt edir start heyətində


RƏYLƏR


Top news