Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"MTN işi"nə görə qovulan məmurun yerinə TƏYİNAT

"MTN işi"nə görə qovulan məmurun yerinə TƏYİNAT

Date: 7 January 2016 00:12

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) texniki direktor təyin olunub. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu şəxs rabitə sahəsində uzun müddətdir çalışan Razi Tağıyevdir. Razi Tağıyev daha öncə "AZ-Evrotel" MMC-nin internet şöbəsinin rəisi və "Aztelekom" İstehsalat Birliyinin baş direktor müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, "MTN işi" çərçivəsində aparılan əməliyyatlar zamanı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub. Onun vəzifələrini müvəqqəti texniki direktor Rəsul Qurbanov icra edirdi. Rəsul Qurbanovu isə Yasamal Rayon Telefon Qovuşağına baş mühəndis təyin ediblər.

Milli.Az


Tags:  MTN işinə qovulan məmurun yerinə TƏYİNAT


RƏYLƏR


Top news