​ABŞ-ın "Netflix" video xidməti Azərbaycanda fəaliyyətə başlayıb

​ABŞ-ın "Netflix" video xidməti Azərbaycanda fəaliyyətə başlayıb
00:47 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ "Netflix" striminq video xidməti yanvarın 6-dan etibarən Azərbaycanda öz xidmətlərini təqdim etməyə başlayıb.
"Report" "Forbes"ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Rid Hastinqs Las-Veqasda "Consumer Electronics Show" (CES) texnologiya sərgisində çıxışı zamanı məlumat verib.
"Xəbər verməyə şadam ki, "Netflix"dən istifadə Azərbaycan, Vyetnam, Hindistan, Nigeriya, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Türkiyə, İndoneziyada mümkün olub", — deyə Hastinqs qeyd edib.
O əlavə edib ki, xidmət yanvarın 6-da dünyanın 130 ölkəsində istifadəyə verilib.
Şirkətin Avropada kommunikasiyalar üzrə vitse-prezidenti Coris Evers bildirib ki, istifadəçilər saytın ingilisdilli interfeysindən yararlana biləcəklər.
"Biz ödənişləri bank kartları ilə qəbul edirik", — deyə o "Sputnik" agentliyinə bildirib.
Amerikanın "Netflix" striminq video xidməti abunə olmaq yolu ilə film və serialların nümayişini təqdim edir. 1997-ci ildə təsis olunan şirkət ABŞ, Latın Amerikası və Avropada (Danimarka, İrlandiya, Niderland, Almaniya, İsveç və s) fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/abs-in-netflix-video-xidmeti-azerbaycanda-fealiyyete-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR