Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Arda Turanın debütü

Arda Turanın debütü

Date: 7 January 2016 01:01

Arda Turan bü gün "Barselona"da debüt edə bilər. ANS PRESS-in məlumatına görə, bu gecə Ardanın "Valensiya" ilə matçda Kataloniya klubunun heyətində ilk rəsmi oyununa çıxacağı gözlənilir.

Belə ki, "Barselona" "Kral Kuboku"nun 1/16 finalında "Valensiya"nı qəbul edəcək. Baş məşqçi Luis Enrike Bakı vaxtı ilə saat 23.30-da başlayacaq matçın start heyətinə Arda Turanın da adını daxil edib.

Qeyd edək ki, Arda Turan yayda "Atletiko"dan "Barselona"ya keçmişdi. Lakin Kataloniya klubuna qoyulan transfer qadağası səbəbindən indiyədək debüt edə bilməyib. Onunla eyni aqibəti yaşayan Aleyks Vidal da ilk "11-lik"də yer alıb.


Arda Turan

Maraqlıdı ki, Arda Turan klub səviyyəsində son rəsmi matçını "Barselona"ya qarşı keçirib. Belə ki, ötən mövsüm "Atletiko"nun formasını geyinən futbolçu mayın 17-nə təsadüf edən La Liqa oyunnuda "Barsa"ya qarşı oynayıb. Türk futbolçu bundan sonra yalnız Türkiyə yığmasının heyətində yer alıb.

Tags:  Arda Turanın debütü

RƏYLƏR


Top news