"Açıq-saçıq səhnələr olduğu üçün çəkilmədim"

"Açıq-saçıq səhnələr olduğu üçün çəkilmədim"
01:06 7 Yanvar 2016
97 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayeva Türkiyədən film təklifi alıb.
 
Axşam.az musavat.com-a istinadən xəbər verir ki, film təqdimatına qatılan əməkdar artist bu haqda jurnalistlərin suallarını cavablayarkən deyib:

“Son vaxtlar filmlərə az baxıram, vaxtım olmur. Yeli və türk rejissordan film təklifi almışam. İki filmdə də açıq-saçıq kadrlar olduğu üçün çəkilmədim. Komediya janrında olan filmlərdə rol almaq istəyərəm. Yumor hissim güclüdür. İctimaiyyətdə özümü ciddi apardığım üçün insanlar mənim qaraqabaq olduğumu düşünür. İki böyük arzum var, heç biri gerçəkləşməyib. İstəyirəm ki, Azərbaycanda müzikal yaradılsın və ya hansısa məşhur müzikalda rol alım. Bir də filmdə çəkilməyi arzulayıram”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR