Zaqatala sakini 15 dərəcə şaxtada çayda çimir - video

Zaqatala sakini 15 dərəcə şaxtada çayda çimir - video
01:26 7 Yanvar 2016
44 Şou
Ölkə mətbuatı
A- A+

Zaqatala sakini 15 dərəcə şaxtada dağ çayına baş vurub.
 
Axşam.az Report-a istinadən xəbər verir ki, 47 yaşlı Bayram suya girməzdən əvvəl qar vannası qəbul edib. Soyuq suda çimmək çoxlarının bağban kimi tanıdığı Bayramın hobbisidir. O bu işi uşaqlıqdan etdiyini bildirib.

Bu şəxs qış aylarında isti üst geyimlərindən də istifadə etmədiyini və bu fəsli idman köynəyində keçirdiyini qeyd edib. Bayram həm də, "Ginnesin Rekordlar Kitabı"na düşmək arzusunda olduğunu dilə gətirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR