"Qalatasaray" Kevin Qrosskreutsi "Ştutqart"a satıb. ANS PRESS-in məlumatına görə, bu barədə Almaniya klubu rəsmi açıqlama yayıb.
"Qalatasaray" Kevini yay transfer pəncərəsinin son günündə heyətinə qatsa da, sənədləri vaxtında təqdim edə bilmədiyi üçün oynada bilməmişdi.
Bu gün "Ştutqart"a keçidi rəsmiləşən Qrosskreutsin Türkiyə karyerası başlamadan başa çatıb.
Kevin Qrosskreutsi
"Qalatasaray" futbolçunun transferi üçün xərclədiyi pulu tam şəkildə geri alacaq. Belə ki, almanlar İstanbul klubuna 2 milyon 171 min avro ödəyəcək.