Dünya liderliyinə iddialı olan Çin iqtisadiyyatı çökür

Dünya liderliyinə iddialı olan Çin iqtisadiyyatı çökür
04:56 7 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Dekabr ayında Avrozonada iqtisadi artım son 4 ayda ən yüksək səviyyəyə çatıb. ANS PRESS-in məlumatına görə, bunu istehlak menecerləri indeksinin son nəticələri göstərir. İstehsal və xidmət sektorundakı araşdırmalar nəticəsində tərtib olunan bu indeks gözləntiləri aşaraq 54 vahiddən 54.3-ə yüksəlib. Markit təşkilatına görə indeksdə 50-dən yuxarı olan göstəricilər iqtisadi artımdan xəbər verir. Avrozona iqtisadiyyatında dominantlıq təşkil edən xidmət sənayesi üçün istehlak menecerləri indeksi isə 54.2 vahidə qalxıb. Araşdırma nəticəsində ötən ilin son ayında özəl sektorda məşğulluq səviyyəsinin sürətli şəkildə artdığı məlum olub.

Eyni sözləri Çin Xalq Respublikasının iqtisadiyyatına şamil etmək olmaz. Son statistikalar göstərir ki, Çində xidmət sektoru istehsalat sektoru kimi geriləyib. Xidmət sektorundakı işgüzar fəallığı əks etdirən İstehlak menecerləri indeksi dekabr ayında 50.2 vahidə düşüb.

Bu son 17 ay üçün ən aşağı göstəricidir. Cari həftənin əvvəli Çin sənayesinin ardıcıl 10 ay ərzində gerilədiyi ilə bağlı xəbərlər, Çin və dünyanın fond birjalarında səhmlərin “uçurumuna” səbəb olmuşdu. Dünyanın ikinci iqtisadiyyatının dirçələcəyinə ümid demək olar ki qalmayıb. Mərkəzi Bank 2015-ci ilin yekunlarına əsasən, ümumdaxili məhsulun yalnız 6.9 faiz artacağını proqnozlaşdırır. Çində son 25 ildə belə aşağı iqtisadi artım tempi qeydə alınmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR